“Neftçi”, flaqmanlığını sübut et! YAZI

21.07.2012 | 13114 dəfə oxunub


“Neftçi” Çempionlar Liqasına uğurla start verdi. Hər nə qədər statistika əleyhimizə olsa da, bu dəfə gürcüləri darmadağın etdik. Bütün “Neftçi” camiası təvazökarlıq edib, cütün taleyinin hələ həll olunmadığını, hər şeyə cavab matçından sonra aydınlıq gələcəyini desə də, “Neftçi”ni artıq üçüncü mərhələyə yüksəlməsi münasibəti ilə təbrik edirəm! Çempionumuz  ondan gözləniləni verməyi bacardı. “Əşşi, Gürcüstan çempionunu udublar da” deyənləri anlaya bilmirəm. Məgər bir neçə il qabaq “Bakı”nı Çempionlar Liqasından kənarlaşdıran “Sioni” Monqolustan çempionu idi? Yoxsa, hər il avropaya onlarla Kaladzelər, Arveladzelər, Kobiaşvililər “ixrac” edən Gürcüstan yox, Azərbaycandı? Cavid Hüseynovun Türkiyənin birinci liqasına transfer olunmasına sevinirik. Vaqif Cavadov “Tvente”yə keçərkən onu az qala dövlət tədbiri ilə yola salacaqdıq... Sözümün canı odur ki, Gürcüstan futbolu bizimkindən çox qabaqdadı. Və biz də bu ölkənin çempionunu üstələyəcəyimizə görə sevinməliyik. Dəfələrlə təmsilçilərimizin özündən qat-qat zəif komanda qarşısında aciz qalmasına şahid olmuşuq. Arxivi eşələməyə ehtiyac yoxdu, “Bakı”nın “Sloveniya faciəsi”nin yeddisi srağagün oldu, qırxı da heç çıxmayıb.

“Neftçi” “Zestafoni”ni pulla alıb” fərziyəsini ortaya atanları isə ümumiyyətlə, anlamıram. Vallah, belə şeyləri eşidəndə düşünürəm ki, bizim erməni dığasına ehtiyacımız yoxdu, elə özümüz-özümüzə düşmənik də. Belə bir fikri axı necə səsləndirmək olar? Nə olsun ki, SOCAR Gürcüstan futboluna yardım edir. Vallah, ayıbdı, gülməlidi, həm də ağlamalıdı. Bunu ortaya atan azərbaycanlıdı. Azərbaycanlı Azərbaycanın uğuruna kölgə salır. Pula qalsaydı, elə Rail Məlikov demişkən, komanda daha niyə Avstriyada əziyyət çəkirdi? Elə pulunu verib, oyunu alardı da. Ayıbdı, ölkənin adını daşıyan, Azərbaycanın bayrağını yüksəldən futbolçuların zəhmətinə, axıtdıqları tərə, ayıbdı, “Dalğa Arena”da çempionumuzun uğuru üçün boğazını cıran azarkeşlərin zəhmətinə heyfiniz gəlsin. Pulla gürcüləri almaq mümkün olsaydı, elə 6 il qabaq “Bakı” alardı da. Birincisi nə “Bakı”, nə də “Neftçi” heç vaxt bu cür çirkin işlərlə məşqul olmayıb, olmaz da. İkincisi də ki Çempionlar Liqası hər həftə sonları Bakı küçələrində təşkil olunan yarmaka deyil.     

“Neftçi” uğura öz əməyinin sayəsində nail oldu. Bu uğurda ən əsas pay təbii ki futbolçularla yanaşı rəhbərlik və məşqçilər korpusudu. Mövsümöncəsi bir neçə aparıcı futbolçu komanda ilə vidalaşdıqdan sonra çoxları “Neftçi”ni tənqid atəşinə tutdu. Həqiqətən də vəziyyət ilk baxışdan gərgin görünürdü. Amma vaxtında edilən transferlərlə “Neftçi” vəziyyətdən çıxmağı bacardı. Komandanın ardıcıl iki dəfə çempion olmasında böyük rolu olan futbolçuların əməyini kiçiltmirəm. Amma “Zestafoni”yə qarşı ilk matç göstərdi ki, həqiqətən də futbolda əvəzolunmaz oyunçu yoxdu. Hətta komandanın “vuran ayağı” Bahadır Nəsimovun meydanda olmaması belə “Neftçi”nin uğur qazanması mane ola bilmədi. Həmin günü komanda həqiqətən də möhtəşəm idi. Yenilərdən Bertuççi və Ramosun çıxışı daha möhtəşəm alındı. Kanales də pis təsir bağışlamadı. Hər nə qədər meydanda parlaq görünməsə də, hücumçunun əsas işi qol vurmaqdı ki, çilili də bunun öhdəsindən gəldi.

Hər zaman demişəm, klublarımızın əsl gücü Avropada bilinir. Bunun nəticəsidir ki, illərdi çempion ola bilməməsinə baxmayaraq, “Qarabağ” bu gün ölkənin ən çox sevilən klubudu. Amma “Neftçi”nin “köhnə qitə”də yeni tarix yazmaq şansı var. Dünən keçirilən püşkatmadan sonra məlum oldu ki, çempionumuz növbəti mərhələdə ya “Jlina”, ya da “Hapoel”lə qarşılaşacaq. Bu isə azərbaycanlı futbolsevərlərin qəlbində inam hissi yaradıb. İllərdi həsrətlə BATE, “Şerif” kimi klubların çıxış etdiyi Avrokubokların qrup mərhələsinə bəlkə də heç vaxt olmadığı qədər yaxınıq. Məni bəlkə də tələskənlikdə günahlandıracaqsan, hörmətli oxucu. Amma “Neftçi”nin möhtəşəm çıxışı məndə belə bir inam yaradıb. Düzdü, həm “Jlina”, həm də “Hapoel” güclü rəqibdi. Amma keçilməsi mümkündü. Heyətə daha bir-iki səviyyəli futbolçu transfer etməklə illərdi arzusunda olduğumuz Avrokubokların qrup mərhələsinə qatıla bilərik.  Bunun üçün ilk növbədə inam olmalıdı. Amma bu inam təkcə komandada, futbolçularda, rəhbərlikdə yox, bütün Azərbaycan futbolunda, azarkeşlərində olmalıdı. Çempionumuz mühüm oyuna çıxır, amma biz cəmi 7 min tutumu olan stadionu belə doldura bilmirik. Budu bizim komandamıza verdiyimiz dəstək? Uğursuzluq olan kimi hər kəs gileylənir. Amma, bir anlıq düşünün və özünüzə sual verin: mən uğur gözlədiyim bu komanda üçün nə etmişəm?

“Neftçi” Azərbaycan futbolunun flaqmanı hesab olunur. Düzdü, komandanın əzəli rəqibləri bu ifadəni qəbul etməyib, əksini deyirlər. Bəziləri də avrokuboklardakı son uğurları nəzərə alaraq, “Qarabağ”ı bu ada layiq görür. Amma indi “Neftçi”nin əlinə gözəl fürsət düşüb. Çempion avrokubokların qrup mərhələsi adlı arzunu reallaşdırsa, həm ilkə imza ata bilər, həm də həqiqi flaqman olduğunu sübuta yetirər. Haydı “Neftçi”, irəli!!!


Vahid AYXAN


  #6   Adınız: Feyruz Amanullayev;   E-mail: [email protected]

23.07.2012 19:10

Neftçi hər zaman azərbaycanın Flaqmanı olaraq qalacaq.Bunu qəbul etmək istəməyənlərə söözüm budur ki, Əgər nefçiyə Flaqman deyiləndə xoşlarına gəlməsə su içib özlərini rahatlasınlar.Mən neftçiyə inanıram o bizim milli qururumuzdur.
Zestafonidən sonra növbəti tarix olacagına və jilina yada hapoeli keçəcəyinə əminəm daha bir səviyyəli transfer olsa daha yaxşı olar . UGURLIAR NEFÇİM FLAQMANIM!!!!!!!!!!!!!!!!

  #5   Adınız: BALLACK;   E-mail: [email protected]

23.07.2012 13:04

SENE HALALDI QARDAWIM.. KAW SENDE OLAN QEYRET NAMUS BEZI
SAYTLARDA OLANLARDA OLARD.. BU YAZIYAM GORE COX SAGOL .. ALLAH
KOMEYIN OLSUN BU EZIZ AYDA

  #4   Adınız: Emin Hafizoglu;   E-mail: [email protected]

23.07.2012 01:33

Düzgün yanaşmaya görə minnətdarlıq. Bəzi sapı özümümzdən olan
baltalar kimi yazmamısınız...

  #3   Adınız: Neftchili;   E-mail: [email protected]

22.07.2012 08:54

Qardashim senin bu yazini qalxib ayaqustu alqishlamaq lazim,neceki,Neftchini ayaqustu alqishladiq.Shert meydanda ter tokmek deyil,vetene xidmet gozel yazilariyla ruh dushkunluyune qapilan genclere heves verib,stadiona seslemekdir.Sendede bu chox gozel alinir.Azerbaycanda seviyyeli,medeni,en esasi idmani anlayan,eline qelem alib sonra dushunen deyil,dushunub sonra qelem alan jurnalistleri gorerken ureyim daga donur.Qoy rehmetlik Chingizin(Chingiz Mstafayev)ruhu sizin kimi ogullari gorsun rahat yatsin torpaginda.Her ogul olenden sonra rehmet qazana bilmir,ozunuze rehmet qazanin bu heyatda,ogullar...

  #2   Adınız: Elvin Veliyev;   E-mail: [email protected]

22.07.2012 07:34

Sagol yazar Barmaqlarin var olsun.....Bugun heqiqetende Futbolumuzun Sizin kimi Pewekar Jurnalistlere boyuk ehtiyaci var!....Inaniramki Neftci bu il Avropadaki Mohtewem oyunu ile Esl Flaqman oldugunu bir daha Subut edecek!!! haydi Ireli Neftci! ireli! Allah ozu bize komek olsun tarix yazaq InwAllah

  #1   Adınız: Ramo;   E-mail: ---

22.07.2012 07:17

Heqiqeten de neftci mophtesemdi.biz avropa liqasinin qrupo
merhelesine vesiqe qazanacagiq

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail