Heyf səndən, ay “Bakı”...

... NOVRUZ ƏZİMOV, SİZ, ƏN ZƏİF BƏNDSİNİZ!

13.07.2012 | 14305 dəfə oxunub


“Bakı” yenə avrokuboklarda mübarizəni elə ilk mərhələdə başa vurdu. Amma 2 il əvvəlkindən fərqli olaraq komanda bu dəfə heç bir kağız-kuğuzun zibilinə keçmədi. Elə öz oyunlarının zibilinə düşdülər. Hələ 0:0-dan sonra Novruz Əzimovu “baltalamaq” istəyirdim, amma baş redaktorumuz Vüsal “cavab oyununu gözlə, tələsmə” dedi. Düzdü, həmin vaxt bir-iki cümləylə qurdumu öldürmüşdüm...

...Kim nə deyir, desin, mənimçün bu uğursuzluğun 1 nömrəli günahkarı Novruz Əzimovdu! Çünki nəticəyə məhz baş məşqçi cavabdehdi. Elə bilməyin ki, Əzimovla qəsdi-qərəzliyim var. Əsla! Amma atalar demişkən, görünən kəndə nə bələdçi. Hələ ölkə kubokunun finalından sonra yazmışdım ki, Novruz Əzimovun haqqını yemək kimi anlamayın, amma “Bakı”da həmin gün başqa baş məşqçi əvəzi başqa məşqçi də olsaydı, komanda yenə qələbə qazanacaqdı. Necə ki 2 il əvvəl Cüneyt Biçər bunu etmişdi. Komanda Novruz Əzimovluq deyil. Elə də oldu. Əzimov yaxşı insan ola bilər. Futbolçular lap elə onunçun meydanda can da qoya bilərlər. Amma istək də bir yerə qədərdi. 1, uzağı 2 oyunda belə qələbə qazana bilərsən. Amma ciddi uğurlar qazanmaq üçün ustalıq səviyyəsi lazımdı.

İlk oyunda “Bakı” meydanda süründü. Komanda fiziki cəhətdən axsayırdı. Bunu sezmək üçün professor olmaq lazım deyil. Oyuna baxarkən “Bakı”nın fiziki cəhətdən zəif olduğu adamın gözünə girirdi. Elə bil meydana hərəyə 2 kamaz “kubik” boşaldıb, çıxmışdılar. Həmin vaxt “Mura” bütün diqqəti müdafiəyə yönəltdiyindən Bakıda uğur qazana bilmədi. Amma cavab oyununda komanda hücum elədi və qol vurmağın yolunu “Bakı”ya göstərdi. Mən başa düşə bilmirəm, 180 dəqiqə ərzində bir qol belə vura bilməyən komandanın ikinci mərhələdə nə işi var? Nəyə ümid edirdilər? Penaltilərə? Bəsdi, güldürməyin. Guya penalti vurmaqda ustadılar da... “Daçiya”ya, ÇSKA-ya kim penaltilərlə uduzub? Bizim məhlənin ŞİKFERAZ komandası?

Bəziləri deyir ki, komanda heyətini lazım olan səviyyə gücləndirmədi. Bunun günahkarı kimdi? Günahı başqasının üstünə atmaq lazım deyil. Günahkar elə Əzimovdu. Birincisi “Bakı” “Mura”nı elə bu heyətlə də keçməyə borclu idi. Məgər “Bakı”nın hazırkı heyəti “Mura”dan zəifdi? İkincisi də ki komandaya lazım olan futbolçular cəlb olunmursa, bunun da günahkarı baş məşqçidi. Kokeni mən transferə çıxardım? Əgər baş məşqçi sözünü keçirə bilmirsə, narazılığını ifadə edə bilmirsə, günahkar yenə də özüdü.

Həmkarlarımdan birinin yazdığı kimi, əgər bir məşqçi artıq 29-cu dəqiqədə əvəzetmə edirsə, deməli o heyəti düzgün müəyyənləşdirə bilmədiyini boynuna alır. Olmazdı ki, Rəhmanın əvəzinə elə Soliç meydana start heyətində çıxsın? Mən də istərəm ki, start heyətində Rəhman, Nurlan, Şəhriyar, Elşad və başqaları olsun. Amma realist olmaq lazımdı. Onlar bu gün avropalıq deyillər. Bir haşiyəyə çıxım. 2 il əvvəl “Buduçnost”la oyunlardan öncə həmin Rəhman 17 yaşında idi və “Altay”ın düşərgəsində hazırlıq keçmişdi. Sizi inandırım ki, həmin vaxt Rəhman formasının pik nöqtəsində idi. Amma həmin vaxt Rəhmana şans verilmədi. Görəsən, geridə qalan 2 il ərzində nə dəyişib ki, indi Rəhman əsas heyətdə meydana çıxıb? Heç nə. Dəyişən yalnız onun 2 yaş böyüməsidi. Həmin vaxtkı formasından isə əsər-əlamət yoxdu.

Qola hava-su kimi ehtiyacı olan komandanın məşqçisi ikinci hücumçunu meydana 72-ci dəqiqədə yox, daha tez buraxmalıydı. Əzimov va-bank getməklə də ikinci qolu gördü qapısında. Deməli, o həm də oyunun gedişinə təsir göstərə bilmədi.

Oyunun statistikasına baxarkən yadıma 2000-ci ildə Avropa çempionatının qrup mərhləsində baş tutan İtaliya - İsveç oyunu yadıma düşdü. Səhv etmirəmsə, elə həmin görüşdə də skandinaviyalılar 11 künc zərbəsi yerinə yetirib, qol vura bilmədikləri halda Di Biacco “Skuadra Adzurra”nın yeganə kornerini qola çevirmişdi. Dünən eyni halla “Bakı” da qarşılaşdı. Komanda ard-arda künc zərbələri yerinə yetirir, rəqib topu uzaqlaşdırır. Növbəti standart vəziyyət, yenə də eyni ssenari. Halbuki 3-4 dəfədən sonra fərqli bir şey etmək lazım idi. Amma Novruz Əzimovun “Bakı”sı bunu edə bilmədi.  

Yazdıqlarımı oxuyub, “Əzimovu bu qədər “baltalama” deyə bilərsən, hörmətli oxucu. Amma o həqiqətən də uğursuzluğun 1 nömrəli günahkarıdı. Gözlədim ki, Əzimov istefa verəcək. Amma olmadı. Axı hər məşqçi Nazim Süleymanov ola bilməz. Süleymanov kişi kimi “Minsk”i keçə bilməsəm, gedəcəm” demişdi, getdi də. Halbuki “Minsk” heç də “Mura”dan zəif komanda deyil. Amma Novruzov mətbuat konfransında “Hamı kimi mən də günahkaram” dedi. Hətta “bütün günahlar məndədir” deməyə belə cürəti çatmadı. Diqqət yetirin, "hamı kimi mən də". Yəni ki məşqçi ilk növbədə başqalarını günahlandırır, sonra özünü.

Heyf səndən, ay “Bakı”. Heyf Hafiz Məmmədovun xərclədiyi pula, qurduğu infrastruktura. Çox heyf. Bu gün “Bakı”nın akademiyasında təhsil alan uşaqlar nəyə baxıb, həvələnsinlər? Özündən qat-qat zəif “Mura”nın “Bakı”nı necə diz çökdürməsinə? Bizim futbolçularımızın ən böyük problemlərindən biri də uşaqlıqdan məğlub psixologiyasında böyümələridi. Axı onlar özlərindən böyüklərinin qələbəsini görməmiş, necə gələcəkdə buna həvəslənə bilərlər?

Heyf səndən ay, “Bakı”. Heyf Zeynal Məmmədovun, Nail Əliyevin, Yaşar Seyidovun çəkdikləri əziyyətə. Onlar komandanın uğur qazanması üçün hər şey etdilər. Amma cifayda.

Heyf səndən ay, “Bakı”. Heyf ki, tarixinə daha bir qara ləkə düşdü.  

P.S. Kaxaber Tsxadadze və Yunis Hüseynov mərhələ keçdi. Eyni uğuru Böyükağa Hacıyevin də təkrarlayacağına inanırıq. Deməli, Novruz Əzimov avrokuboklarda iştirak edən məşqçilər arasında ən zəif bənddi.


Vahid AYXAN


  #11   Adınız: VUQAR;   E-mail: ---

16.07.2012 20:40

menim serhlerim niye cixmir soyus yox tehqir yox nedi duz
yaziram lezzet elemir VAHID AYXAN yazdiqlarim serhleri burax
zehmet olmasa

  #10   Adınız: VUQAR;   E-mail: ---

16.07.2012 19:53

NE DON GEYINDIRDIKI HER BIR SEYIN DALINDA NEYSE DIYANIR BU
GUN MEGLUB OLUBLARSA DEMELI HE HAMININ GUNAHI VAR MEN SENINLE
RAZIYAM AMA PROBLEMI GORUB ISTEFA VERMEK OZDE BELE BIR ANDA
KIWILIYE YARAWAR .... ONDADA DEYECIYDIZKI NOVRUZ BAKINI ATDI
GETDI .... YENE DEYIREM QAQA 2 AY BUNDAN QABAQ KUBOKU ALANDA
HAMI BAKININ FUTBOLCULARINI BAKININ MESQCISINI BAGRINA
BASIRDI 1 SEHV OLDU BUDREDILER SRAZI HAMI USTLERINDEN KECIR
AXI BIZ AZERBAYCANLIYIQ ---- ATA EVE YEMEK GETIRIR HER GUN
BIR GUN ISI GETIRMESE BAZARLIQ ELEMESE ONA ATA DEMIYEK
GOZLEMIYEK HAMI SEHV ELIYIR AMA HERE BIR NOUTBUKUN DALINA
KECIB NEYSE YAZANDA OZUNU HEMIN INSANIN YERINE QOYSUN YADA
ONUN YAXINLARININ

  #9   Adınız: Heydar;   E-mail: ---

16.07.2012 19:40

Qaqas hes sende ne yazdiqina deqiq fikir vermiirsen. Mesqci
problemi gorur ve danisir. Problem varsa cix get yox
getmirsense problemden danisma. meqlibiyyete don geyindirmek
lazim deyil. men ona gore dedim ki ki getmelidi

  #8   Adınız: VUQAR;   E-mail: ---

16.07.2012 18:54

VAHID AYXAN - BU senin yazinda yazilan yazidi bunu sen yazmisan
(( Amma Novruzov mətbuat konfransında “Hamı kimi mən də
günahkaram” dedi. Hətta “bütün günahlar məndədir” deməyə belə
cürəti çatmadı. )) mene cavabinda ise bunu yazmisan qaqaw ((
Men demirem ki gunahkar tekce Novruz Ezimovdu.bu ugursuzluqda
futbolcularin da gunahi danlmazdi. )) iki ayri soz deyirsen

  #7   Adınız: Vuqar;   E-mail: ---

16.07.2012 18:45

birinci Ramo ile Heydere cavab verim Ramo qaqas her
meglubiyyetden sonra mesqci getseydi day komandalar bas
mesqcisiz qalardi ki qaldi Heydere a kiwi daniwanda sen
birinci ozuve fikir ver deyirsenki komandada gorurdu problem
var idi gederdi .. sen eliyedin ??? ama bilki komandani
problemli yarimciq atib getmey kiwiliyden deyil sen atib
gederdin ozune hormet eliyen oglan

  #6   Adınız: Heydar;   E-mail: ---

16.07.2012 02:42

Novruz beyem oyundan qabaq gpormurdu ku komandada problem
var??? Mesqci ozune hormet edirse bunu gorduyu halda istefa
vermelidi.

  #5   Adınız: Ramo;   E-mail: [email protected]

16.07.2012 01:50

Men de yazarin fikirleri ile raziyam.Komanda uduzubsa gunahkar
mesqcidi.Mesqci de bele biabirciliqdan sonra getmelidi vesselam

  #4   Adınız: Vahid Ayxan;   E-mail: ---

16.07.2012 01:48

Men demirem ki gunahkar tekce Novruz Ezimovdu.bu ugursuzluqda
futbolcularin da gunahi danlmazdi. Amma komandani meydana
cixaran da, neticeye cavabdeh olan da bas mesqcidi. Komanda
ise biabirci sekilde uduzursa demeli gunahkar bas mesqcidi.
Futbolda gormusunuz ki komanda uduzduqdan sonra butun
futbolculara qapini gostersinler? Tebii ki yox.Hemise
gunahkar bas mesqci olur. Buna gore de ugursuzluq olan kimi
bas mesqcini cixarirlar.Bayaq da dediyim kimi ugursuzlugun
tek gunahkari Novruz Ezimov deyil,amma EN BOYUK GUNAHKARİ
MEHZ ODUR!

  #3   Adınız: Vuqar;   E-mail: ---

16.07.2012 01:29

yeni senin sozunden bele cixir ki mUranin kecmemeyin yegane
sebebi Novruz muellimdi ??? bir dene menim bu sualima cavab
verim bilim ???

  #2   Adınız: Vahid Ayxan;   E-mail: ---

14.07.2012 21:31

Hörmətli Orxan bəy. İlk növbədə yazımı oxuduğunuza görə Sizə
təşəkkürümü bildirirəm. Sizin fikirləriniz hörmətlə
yanaşıram. Amma qesdi-qerezlikle bagli dusuncelerinizde
yanilirsiniz. Menim Novruz Ezimovla hec bir qəsdi-qərəzliyim
yoxdu, ola da bilmez. Men sadece olaraq öz subyektiv
fikirlərimiz yazmisam. Size ise yalnız belə cavab verə
bilərəm ki, təhsilli olmaq hələ yaxsi mesqci olmaq demek
deyil. Buna dair elə ölkəmizdə də yetərincə numunə var.
Sadəcə indi etik cəhətdən ad çəkməyim düzgün çıxmaz. Elə
məşqçilərimiz var ki, həddindən artıq savdlıdırlar, hetta bu
sahede kitab da yazıblar. Amma təəssüf ki, yüksək savada
malik olmalarına, bu baxımdan əksər həmkarlarını
qabaqlamalarına baxmayaraq, məşqçi kimi ciddi bir uğur
qazanmayıblar. Diqqətinizə görə təşəkkür edirəm.

  #1   Adınız: Orxan Huseyn;   E-mail: [email protected]

14.07.2012 20:42

o qeder cox bilensense get novruzun yerrine mesqci isle
Azerbaycanda ilk mesqcilerden biride Novruz Ezimovduki 1998 ci
ilde barcelonada tehsil alib mehmanla bir yerde komandanin
oyunculari oynamirsa ona novruz neylesin qesdi qerezliye cixma

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail