Dərdi olan dərdsiz "Bakı"

13.07.2012 | 14328 dəfə oxunub

“Bakı”nın “Mura”ya uduzub Avroliqada turu keçə bilməməsinin bircə adı var – BİABIRÇILIQ.

Bu iki klubu bütün konponentlərdə müqayisə etsək, tərəflər arasında atla uzunqulaq arasındakından da çox fərq var. Ortaya çıxan nəticə isə “Bakı” ilə müqayisədə “Mura”ya həvəskər komanda adı verə bilmək kimi bir qənaətdir. Amma onlar həvəskar olsalar da, peşəkar idilər. İşlərinin peşəkarıydılar. Pulları azdı, geyməyə formaları yoxdu, avtobusları dəbdəbəli deyil, “Bakı” kimi istədikləri yerə toplanış keçməyə gedə bilmirlər, futbolçuları arzuladıqları pullları ancaq xəyallarında görür, ümumi büdcələri “Bakı”nın iki futbolçusunun illik qazancından azdır, hətta istədikləri kimi yeyə də bilmirlər, bahalı otellərdə qalmaq onlara qismət olmur, amma... Amma istəkləri böyük olmaq, planları daha yaxşısını əldə etmək, niyyətləri işə peşəkar yanaşma, qabiliyyətləri peşəkar olmaq, məqsədləri daha çox qazanmaq və qələbə arzuları var. Özü də “Bakı”nınkından dəfələrlə çox. Onların bir üstün cəhətləri də var, deyirlər ki, “ac ol, amma kişi kimi oyna”!!!

Görəsən, “Bakı” üçün bu amal nə vaxt prioritet olacaq? “Bakı”nın ac olmasını düşünmək mənasız xülyadır. Burada daha yaxşıdır vəziyyət. Heç olmaya, varlı olub kişi kimi oynasınlar! Görən, bunlar “Mura”dan dərs ala bildilər? Ağılları kəsdi ki, futbolu pulla yox, ağıl, istək və məqsədlə oyanırlar? Bəndənizdən soruşsaz, “Bakı” heç nə də olmayıbmış kimi davranacaq. Guya uduzub qəhramanlıq ediblər!... Gülməli vəziyyətdi, kənardan baxan üçün. Özləri isə ağlamalıdırlar, amma ay-hay bunlar ağladı e...

“Bakı”da sanki həmişə bir plansızlıq olub. Komanda həmişə Avroliqa oyunlarında problemlərlə üzləşir. Gah belə, gah da elə. Həmişə problemləri olur. Təşkilatı işləri qaydasında olmur.

“Bakı” bəlkə də Azərbaycanda ən çox legioner alan komandadır və bu mənada 2-3 klubdan biridir. Amma faydası varmı? “Bakı” o qədər legionerlərdən fayda görə bilibmi? Bəs nə qazanıb? Əgər qazancları yoxdusa, bu qədər çalışmaq nəyə gərəkdir? Yoxsa arzuları elə Avroliqada biabır olmaq üçündürmü?

“Bakı” heç vaxt baş məşqçi seçimində düzgün addım atmayıb. Klub rəhbərliyi elə məşqçi gətirir ki, o, ya fırıldaq olur, ya da məşqçiliyi bacara bilmir.

“Bakı”nın prezidenti Hafiz Məmmədov klub üçün ondan nə istənilibsə, hamısını yerinə yetirib. Pul deyirlər pul verir, stadion deyirlər onu da həll edir, baza deyirlər, tikdirir, futbolçu deyirlər, alır, məşqçi deyirlər, gətirdir. Kəsəsi, su deyirlər su verir, çörək deyirlər çörək!  Bəs “Bakı” Hafiz Məmmədov üçün nə verir(b)? Heç nə... Yox,  verir, amma başağrısı, stress, əsəb, gərginlik...

Bunların qarşılığında cənab Məmmədov heç düşünübmü ki, mənim komandamda çatışmayan nədir? Hafiz müəllim, sizin komandanızda çatmayan yeganə məqam vahid idarə üslunun, vahid idarə heyətinin, klubçuluq sisteminin olmamasıdır. Əgər bunlar olsaydı, komanda Avroliqaya komplekt heyətlə gedərdi. Çatışmayan qapıçı vaxtında alınar, hücumçu ən azı mövsüm bitən kimi transfer olunardı ki, heyətə uyğunlaşsın. Bunları vaxtında etmək olmazdımı? Olardı! Heç uzağa da getmək lazım deyil. Azərbaycanda “Simurq”dan başqa heç bir klub “İnter”i bəyənmir. Heç olmaya, onlara baxın...

Mənim üçün bir məqam hələ də qaranlıq qalıb. Necə olur ki, bunu kənardan hamı görür, amma Hafiz Məmmədovun fikrindən yayınır?

Hafiz müəllim, sizin “Bakı” klubu və futbol üçün etdiklərinizi çox yaxşı bilirəm. Sizdən yaşda çox kiçik olsam da, bir ricada bulunacam. “Bakı”da vahid idarə heyəti, sistem yaradın. Bu idarərtmə üsulu uçun sizin klub tam yetişib. Hər bir şəraitə malikdir. Sadəcə, “Bakı”nın vahid idarə heyətinə, klub sisteminə ehtiyacı var. Elə sistemə ki, orada kimsə kiminsə işinə qarışa bilməsin. Bütün addımlar düşünülərək, uğur qazanmaq üçün atılsın. İşlər ancaq hədəfi vurmaq üçün planlansın. Boş yerə mənasız futbolçular transfer edilməsin. Yoxsa “Bakı”nın ən böyük uğuru elə Azərbaycan çempionu olmaq və kuboku almaq olacaq. Heç kim sizi klubunuzun beynəlxalq uğuruna görə təbrik etməyəcək. Əksinə, “Mura” biabırçılıqları davam edəcək, imicinizə ziyan vuracaq.

P.S. Ümid edirəm ki, Hafiz Məmmədov yazdıqlarıma görə məndən inciməz. Elə klubda olan digər insanlar da. Axı, olmayan bir şeyi, özümdən nəyisə yazmadım. Sadəcə görünən dağa turist omayan turistlər üçün bələdçilik etdim.

Vüsal Gözəlov


  #9   Adınız: qasim;   E-mail: qasimaz@mail@ru

06.08.2012 23:50

￿ÿ

  #8   Adınız: qasim;   E-mail: qasimaz@mail@ru

03.08.2012 22:57

niye yazmirsan, onlarki oxuyir.p

  #7   Adınız: qvardo sevski;   E-mail: [email protected]

22.07.2012 10:13

e sehriyar baki murani mesqcisizde kecmeli idi

  #6   Adınız: KAMAL-FORZA;   E-mail: ---

17.07.2012 20:59

Nəsə bu topaz çıxandan Bakının oyunları sarsaqlayır həmişə

  #5   Adınız: Sefiyar;   E-mail: ---

17.07.2012 20:59

Ne geldi yazirsiz da, bilmirsiz axı işin arxasında nə var. Hər
halda,bilsəz, belə yazmazsız.

  #4   Adınız: Heydar;   E-mail: ---

16.07.2012 02:44

Baki yaxsi komandadi amma hes vaxt agilla hereket elemirler.
Ona gore de ele hey biabircilix olur

  #3   Adınız: Senan kerimli;   E-mail: ---

16.07.2012 02:43

Uduzanda movzu cox olur a deyesen ??? ))) Amma heqiqeten de
heyif bkiya

  #2   Adınız: Sehriyar;   E-mail: ---

15.07.2012 02:45

Baki haqqinda cox tutarli arqumentler getirmisiz. Baxiramki
onlarin problemlerinden cox yaxsi xeberdarsiz. Amma naki yaxsi
komandadai. Usaq futboluna cox baxirlar. Buna gore biraz
guzest etmeye deyerdi. Birde bakili ne var ki esas bas
mesqcidir de

  #1   Adınız: Mahir Medetov;   E-mail: ---

15.07.2012 02:44

Bakinin biabircigindan sonra butun qezet ve saytlarda oxudugun
en deyerli tazidi. Onlar gerek bundan ders cixardalar.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail