Dəyişməyən Azərbaycan futbolu

06.06.2012 | 11047 dəfə oxunub

Həyat sürprizlərlər doludur. Təxminən 2 il bundan qabaq jurnalist fəaliyyətimə birdəfəlik son qoyub, daha yazı yazmaq üçün klaviatura arxasına keçməyəcəyimi düşünürdüm. Lakin xeyli müddət birgə çalışdığım Vüsalın əməkdaşlıq təklifini 2 dəqiqə düşündükdən sonra müsbət cavablandırdım. Stadium.az-dakı ilk günümə müəllif yazısı ilə başlamaq istədim. Amma konkret mövzunu seçmək asan olmadı - “Qarabağ”ın son mövsümdəki uğursuz çıxışı, millimizin Andorra “qəhrəmanlığı” və s.

İlk baxışdan hər şey elə əvvəlki kimi görünür. Məncə heç nə dəyişməyib. Azərbaycan futbolu iki il əvvəl necə idisə, elə indi də həminki vəziyyətdədir. Geridə qalan iki il ərzində mətbuatı yaxından izləmişəm. Tez-tez AFFA rəsmilərinin dilindən “futbolumuz inkişafdadır” kəlməsini eşidirik. Amma reallıq tamam başqa şeylərdən xəbər verir. 2 il əvvəl olduğu kimi yenə də millimizin başında Berti Foqts dayanıb. Alman hər zamankı kimi yenə də inkişafdan, gələcək planlarından dəm vurur. Yaponiya ilə oyundan sonra Avro-2016-ya vəsiqə qazanmaq istədiyini, millidə gəncləşdirmə siyasəti apardığını bildirib. Amma dünya reytinqində sonuncu olan, əhalisi heç 100 min olmayan Andorraya qalib gələ bilməyən komandanın 4 ildən sonra qitə birinciliyinə vəsiqə qazanması xəyaldan başqa bir şey deyil.

Foqts kimi AFFA rəsmiləri də  dəfələrlə millidə gəncləşdirmə siyasəti aparıldığını bildirirlər. Amma millinin heyətinə nəzər salarkən bunun əksinin şahidi oluruq. Əgər komandada gəncləşdirmə siyasəti aparılıb, gələcəyin komandası qurulursa, o zaman nəyə görə milliyə 23 yaşlı Aqil Məmmədov deyil, 36 yaşlı Rauf Mehdiyev dəvət olunur? Mənim Raufla qəsdi-qərəzliyim yoxdur. Dino Zoff 40 yaşında dünya çempionu olub və hesab edirəm ki, qapıçını (ümumiyyətlə futbolçunu) milliyə pasportuna görə deyil, oyununa görə dəvət edirlər. Amma bu həqiqətdir ki, Aqil son zamanlar “Bakı”nın əsas heyətində çıxış edir və həm fiziki, həm də psixoloji cəhətdən yaxşı formadadır. Onsuz da Foqts Raufa oynamaq şansı vermədi. Elə yol ölçməkdisə Aqil milliyə dəvət alardı və oradakı ab-havaya uyğunlaşardı. Foqtsun dediyi kimi millimiz Avro-2016-ya vəsiqə qazansa, yəqin ki o zaman 42 yaşında olacaq Rauf yox, Aqilin komandada olması daha inandırıcıdır. Millidə həqiqətən də gəncləşdirmə siyasəti aparılsaydı o zaman Şəhriyar Əliyev, Rəhman Hacıyev, Nurlan Novruzov, Elvin Yunuszadə, Şəhriyar Xəlilov, Qara Qarayev, Bəxtiyar Soltanov, Orxan Səfiyaroğlu, Elnur Abdulov, İlkin Qırtımov kimi ölkə çempionatında az-çox seçilən gənclər milliyə dəvət alıb, sınanardılar, daha ölkəmizdən başqa heç yerdə, heç kimə lazım olmayan Subaşiçlər, Levinlər, Çertoqanovlar yox. 

“Qarabağ”ın avrokuboklardan kənarda qalması ətrafında yaradılan ajiotajı da anlaya bilmədim. Aydın məsələdir ki, hər bir azərbaycanlı kimi mən də komandanın avrokuboklarda çıxış etməsini istərdim. Çünki bunun siyasi əhəmiyyətini hamımız gözəl anlayırıq. Amma bu o demək deyil ki, komandanın son 3 ildə cızdığı uğurlu qrafiki digər hansısa bir komanda təkrarlaya bilməyəcək. Gəlin etiraf edək ki, hər bir uğurlu seriyanın sonu var. Buna görə də ağdamlıların qitə kuboklarından kənarda qalmasını faciəyə çevirmək lazım deyil .Əvəzində komandanın şərəfini qoruyanm futbolçular 3 ildən sonra istirahətin nə olduğunu xatırlayacaqlar.

“Bakı” yenə də təəccübləndirməkdə davam edir. 2 il əvvəl olduğu kimi komanda yenə də çox çətin görünən tapşırığın öhdəsindən gəldi. “Bakı”nın ən böyük üstünlüyü şübhəsiz lazım olan anda toparlanmağı bacarmasıdır. Komanda rəhbərliyinin ən çətin anda vəziyyətdən çıxış yolu tapması yenə də işə yaradı. Novruz Əzimovun əməyini kiçiltmək istəmirəm. Amma onun əvəzində başqa bir yardımçı məşqçi olsaydı, inanıram ki, “Bakı” yenə də kuboku qazanacaqdı. Bülənt Qorxmaz getdi, Cüneyt Biçər gəldi, Starkov getdi, Novruz Əzimov gəldi. Nəticə eynidi. Amma 2 il əvvəldən fərqli olaraq bu dəfə xilaskar rolunu oynayan Novruz Əzimov postunda qaldı. Hər halda “Bakı” rəhbərliyinin atdığı bu addımı da alqışlamaq lazımdır. Çünki “Barselona” kimi nəhəng Qvardiolanın əvəzinə baş məşqçi postuna onun köməkçisini gətirirsə, nəyə görə “Bakı” eyni addımı atmasın? Əsas olan adlar yox, sistemdir. Lakin Novruzovun bu postda nə qədər duruş gətirib, kluba idman direktoru təyin edilən Brandoviçlə nə zaman əvəzlənəcəyini heç kim deyə bilməz.

1-2 kəlmə də Elxan Məmmədov haqda. Baş katibin bir neçə gün əvvəl saytların birinə verdiyi müsahibədə Vaqif Cavadova söz atması heç də ürəkaçan deyil. “Vaqif milli yox, öz üçün oynayır” deyib. Mən də soruşmaq istərdim, Elxan bəy, siz məgər özünüz üçün yox? AFFA-üçün işləyirsiniz? “Hə” deyib, səmimiliyinizi itirməyin. Uzun sözün qısası, Azərbaycan futbolu 2 il ərzində dəyişməyib. Bu mənim şəxsi fikrimdir və hesab edirəm ki, futbolumuzda irəliləyiş görmək üçün hələ xeyli müddət gözləməli olacağıq.

 

Vahid AYXAN


  #1   Adınız: baki azarkesi;   E-mail: [email protected]

07.06.2012 07:54

Baki FK BU VEZIFEYE PROFISIONAL tein edib basgalari kimi ’visibal’yox

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail