Töhmətə layiq Məmmədov - YAZI

03.06.2012 | 10345 dəfə oxunub

Adəti üzrə axşam oldusa, mütləq bütün futbol saytlarına baxıram. Bu dəfə "Qol.az" saytında bir başlıq diqqətimi çəkdi - "Elvin Məmmədov: "Ona halallıq vermirəm" Təbi ki, müsahibəni də, bütün oxudum. Elvin bu sözləri onu futbolçu edən Namiq Məstanov barədə söyləyib: "Namiq Məstanov mənə qarşı hörmətsizlik etdi. Ümumiyyətlə, mən Namiq Məstanov kimi dolandırıcı adam görməmişəm. Bunu tək mən deyil, çoxları söyləyir. Mən klubla menecersiz danışdım. Bundan sonra onun işlərinin üstü açıldı. “Bakı”ilə müavilə zamanı maliyyə məsələsində haqqımı yedi. Ona görə də, mən ona halallıq vermirəm. Bütün futbolçulara üzümü tutub deyirəm ki, onunla menecer kimi yaxınlıq etməsinlər".

Bax bu oxuduqlarınızı Elvin Məmmədov deyib. O Elvin ki, onu məhz Namiq Məstanov futbolçu edib. Bəndənizin nə Elvinlə, nə də Namiqlə salam-məliki var. Amma kənardan bildiklərimi Elvinin söylədikləriylə tutuşdura bilmirəm. Azərbaycan futbolunda bunu hamı bilir ki, Elvini "Turan"da üzə çıxaran, o komandadan qopararaq "Qarabağ"a gətirərək tanımayanlara tanıdan, milliyə yüksəlməsində əlindən gələni edən, daha sonra "Qarabağ"dan "Bakı"ya gətirən məhz Məstanov olub. İnanmırsız, gedin "Bakı"nın vitse-prezidentindən soruşun, görün Elvini "Bakı"ya kim söyləyib? Məstanov, yoxsa Elvin özü? Zeynal Məmmədov yalançı rəhbər deyil, düzünü söyləyər. İndi Elvin durub deyir ki, Namiq belədir, elədir, filan və bəhmən cürdür! Elvin özünə ad-san qazanana qədər Namiqə ehtiyacı yox idi. İş o yerə çatdı ki, onun "Bakı" ilə müqaviləsi başa çatdı, yeni sözləşmə vaxtı gələndə, adəti üzrə bunu Namiq etməliydi, amma Elvin buna imkan vermədi. O, bu dəfə menecerini işdən uzaq tutaraq, ona pul vermək (menecer haqqı) istəmədi. Namiq də buna narazılıq edincə, oldu pis adam. Elvinə bir məsləhət, Məstanov sənin üçün indi pis insan ola bilər, amma unutma ki, səni məhz o adam futbolçu edib. Bunu yadından çıxarma!

Məstanova da bir məsləhət. Biri sənə halallıq vermək istəmirsə, bu məsələni sonuna kimi  araşdırmalı, halalla haqsıza aydınlıq gətirməlisən!

Pərviz MURADOV


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail