affa-dakılar: ÖLÜN, UTANIN, YERƏ GİRİN!

30.05.2012 | 13413 dəfə oxunub


Berti Foqts, Elxan Məmmədov, Elşad Nəsirov, Rauf Əliyev - bunlar utanmırlar, amma oynamağa davam edirlər. Azərbaycan millisini kurasiyasına alan bu 4 nəfərin istəyinin nədən ibarət olmasını blmək mənə çox maraqlı olardı!..

Cırtdan - xüsusən də futbol ənənələri, ümumiyyətlə, futbolları olmayan Sinqapurla heç-heçə, Fələstinə məğlubiyyət, bu gün isə Andorrayla bərabərlik... Axı hara gedirik? Bunun sonu nə olcaq? AFFA rəhbərliyi bununları 2016-cı il Avropa Çempionatının qrup mərhələsinə düşmək istəyir? Bəylər, heç olmaya utanın, danışmayın, gözə görünməyin. Oldumu?!

Qısaca olaraq Andorrayla oyun barədə. Cırtdan ölkə” təmsilçisi ardıcıl 35 oyun - 1939 gündür ancaq uduzurdu. Andoranın sonuncu dəfə uduzmadığı oyun 2007-ci il fevralın 7-də qarşılaşdıqları Ermənistanla heç-heçə etmələridir – 0:0. Ondan bəri bu komandanın işi ancaq uduzmaq idi. Nə yaxşı ki, Azərbaycan millisi var imiş. Bizimkilər "qaz"dı axı, gələn "yolub" buraxır. Bir dəfə də Andorranı sevindirmək günah deyil ki, sevinmək onların da haqqıdır.

Sevinməyə haqları olmayan şəxslər isə yuxarıda adını çəkdiyim o 4 nəfərdir. Gedin özünüzə başqa iş tapın, amma sizi də qınamıram. Hərə bir tərəfdən bu millətin balalarının pulunu yeyir, siz də bu yolla. İşiniz "avand" olsun!

Millinin bütün futbolçularına deyəcəyim sözlər isə qısadır: ÖLÜN, UTANIN, YERƏ GİRİN!

P.S. Oyundan qabaq bizim (onlara milli futbolçular deməyə dilim gəlmir artıq) futbolçulardan hansısa demişdi ki, "Bacardığımız qədər Andorraya çox qol vuracağıq". Vurduz, başın haqqı, az yekə-yekə danışın. Dilinizi yox, futbolunuzu işlədin!


Vüsal Gözəlov


  #1   Adınız: Mushviq Xemsefan Mamedov;   E-mail: ---

31.05.2012 07:18

Bu onlarin hec vecine de deyil!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail