"Xəzər Lənkəran"ın cırdığı "kəfən" - YAZI

26.04.2012 | 14630 dəfə oxunub

FİFA tərəfindən "Xəzər Lənkəran"ın aktivindən 6 xalın silinməsi təkcə bu komanda üçün deyil, bütün Azərbaycan futboluna böyük zərbə idi. Çünki məhz bu qərara görə komandanın iddiası azala bilərdi ki, bunun səbəbi aydın idi - ruh düşkünlüyü. Amma bir neçə gün əvvəl Bakıya gələn "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov kluba söz vermişdi ki, 6 xal geri qayıdacaq. Və üstündən cəmi bir neçə gün keçdi, 6 xal qapını açıb, girdi turnir cədvəlinə. O necə gediş olmuşdusa, bu gəlişlə də "Xəzər Lənkəran" üzü yuxarı boylanmağa başladı. Nəinki boylandı, gedib oturdu ikinci pillədə. İndi bütün klub rəhbərliyi və azarkeşləri rahatca nəfəs ala bilərlər.

Bu işdə AFFA kluba yardım edə bilərdi, amma etmədi. Bir dəfə "Bakı" klubunu zibilə salan Elxan Məmmədov admistrasiyası, bu dəfə "Xəzər Lənkəran"a torba tikmişdi. Amma lənkəranlılar ikinci dəfə bu işdə AFFA-ya qalib gəldilər. Daha əvvəl məlum Yevgeni Şiman olayında kubok oyununu yenidən keçirərək finala yüksələn "Xəzər Lənkəran", bu dəfə bir güllə ilə AFFA ilə yanaşı, həm də FİFA-nı da vurdu.

6 xal silinəndən sonra böyük əksəriyyət başda vitse-prezident Tuyqun Nadirov olmaqla, "Xəzər Lənkəran" işçilərini günahlandırırdılar. Hətta onları səriştəsizlikdə də ittiham edirdilər. Amma onlar öz işlərinin öhdəsindən layiqincə gələ bildi. Silinən 6 xalı geri qaytararaq, heç bir səhvlərinin olmadığını aşkara çıxardılar. Əvəzində isə onları ittiham edənləri utandırmağa məcbur etdilər. Ən çox da Elxan Məmmədovlu AFFA-nı utandırdılar ki, sizsiz də, işimizi görə bilirik.

"Xəzər Lənkəran"da toy-bayramdır. Onların hər bir azarkeşi bu sevinci yaşamağa layiqdi. Amma... amma "Neftçi" onlardan da çox sevinməlidir. Çünki bu hadisə Bakı klubunun çempionluğuna bir qədər kölgə salırdı. Artıq gün çıxıb, havalar istiyə doğru gedir. Bundan sonra heç kimin buluddan danışmağa ixtiyarı yoxdur.

P.S. "Xəzər Lənkəran"ın 6 xalının geri qayıtmasına Rasim Karadan çox heç kim üzülə bilməz. Çünki Karanın ümidi var idi ki, bu olaya görə klubda dəyiçikliklər baş verə, o da bacanağı Mahsun Kırmızıgülün hesabına kluba vitse-prezident gələ. Olmadı Kara bəy, olmadı. Çünki siyahdan sonra, heb beyaz gələr...

P.P.S. Bu olaya başqa ad da qoymaq olar. "Xəzər Lənkəran"ı zorla kəfənə bürüyüb məzara qoymaq istəyirdilər. Amma haqsız yerə. Kişilər ölmədi, kəfəni yırtdılar, yenə sözlərini dedilər!



  #1   Adınız: Sohrab;   E-mail: [email protected]

08.04.2013 15:19

Neftci komandasi Simurqu mutleq udmalidi.Meydan caya ese-ese yox,sir kimi cixmalidi.Simurq

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail