AĞ-QARA DÖVRAN - YAZI

29.03.2012 | 13597 dəfə oxunub

İndi dövran onlarındır. Hər şeyləri var - vəzifə, pul, güc. Heç nəyin fərqinə varmırlar, "bitməz bu dövran" deyirlər. "Göydə Allah, yerdə Sadıq Sadıqov" deyirlər.

"Neftçi"-nin mətbuat katibi Elnur Əşrəfoğlu aparıcısı olduğu "Qol" verilişində məni "tülkü" adlandırıb. Onu "Neftçi" - "Xəzər Lənkəran" oyunundan sonra keçirilən mətbuat konfransında yaşananlar hiddətləndirib. Tədbir zamanı Böyükağa Hacıyev "Futbol saatı" ilə bağlı iradlarını bildirib və bizim hər zaman eyni məşqçiləri təriflədiyimizi deyib. Mən də cavab olaraq, "Sizin öz verilişiniz var və hər zaman təbliğatınızı aparırlar" söyləmişəm. Böyükağa Hacıyev də etiraf edib ki, "Neftçi" "Futbol saatı"ndakı qeyri-obyektivliyə görə məcbur olub "Qol" verilişini açıb.

Hələ bir neçə il əvvəl bildirmişəm ki, həmkarlarım haqqında heç vaxt pis heç nə yazmayacam. Mətbuat konfransında da Elnurun adını çəkməmişəm. Sadəcə verilişimizə irad bildirən "Neftçi"nin baş məşqçisi cavabını alıb. "Qol" verilişinin obyektivliyi, demokratikliyi haqqında müzakirə aparmamışam - öz işləridi.

"Neftçi" rəsmisinin aparıcısı və layihə müəllifi olduğu verilişi "Neftçi"ninki adlandırmaqda hansı qəbahət var? Yalan danışmıram, böhtan atmıram, ehtimal etmirəm. Dediyim faktdır!

Təsəvvür edin ki, mən "Xəzər Lənkəran"ın mətbuat katibiyəm və "Futbol saatı"nın aparıcısıyam. Belə olsa, "Neftçi" və digər klubların fanatları nə deyərlər?

"Tülkü" sözünə gəlincə... Tülkü olsaydım, Sadıq Sadıqov mənə qardaş deyərdi, Mais Mənsimovla salam-sağ olum olardı, Zeynal Məmmədovun hörmətli qonağı olardım. Eşitdiyimə görə, Elnur mənim "Qarabağ"a olan simpatiyamdan danışıb. Çıxın küçələrə, sorğu aparın əhali arasında, görün, bu gün ölkənin ən çox sevilən klubu hansıdı? Əgər "Qarabağ" ölkənin ən sevilən klubu, Qurban Qurbanov isə ən sevilən məşqçisidirsə, mənim bunu vurğalamağımda qəbahətli nə var?

Yadımdadı, "Visla" qalibiyyətindən sonra Sadıq Sadıqov iştirak etdiyi tədbirdə özü də qeyd etmişdi ki, "Qarabağ" Azərbaycanın fəxridi! Amma çoxları heç bilmirlər ki, "Qarabağ" klubunun rəhbərliyi mənə həmişə soyuq münasibət bəsləyib. Bunu yaxın ətrafımda olan həmkarlarım bilirlər, hətta bəzən təəccülənirlər. Səbəb isə sadədir - mən heç vaxt Əmrah Çəlikəllə dostluq etməyə meyl etməmişəm.

Bəzən məni Sadıq Sadıqovla olan dostluq münasibətlərimə görə qınayanlar da olur. Əslində 1 ildən çoxdur ki, Sadıq Sadıqovla ümumiyyətlə danışmırıq. Son dəfə "Neftçi" çempion olanda ondan ayaqüstü müsahibə almışam, bir dəfə də AFFA-da salamlaşmışıq. Əvvəllər mənə dəstək verib. Amma sonradan fəaliyyətimdə onu qane etməyən məqamlar olub və bununla da ünsiyyətimiz kəslilib. Məni onunla yenə (hətta həmişəlik) bağlayan bəzi məqamlar var, amma bunun peşəmizlə əlaqəsi yoxdur.

Əslində hansısa iddialı klub rəhbərinin dostu olmaq, az da olsa, bu sahədə bildiklərimi, işin xeyirinə olacaqları onunla paylaşmaq istərdim. Amma mənim fikirlərimə ehtiyacı olan yoxdur.

Elnur məni dediklərimə görə, həmkar kimi qınayır. Hətta həmkar demək istəmir mənə. Haqqı varmı? Bir neçə ay əvvəl jurnalist dostlarım gəlib mənə dedilər ki, Elnur hər yerdə deyir ki, "Neftçi" Emin Abbasova "Futbol saatı"na görə hər ay böyük məbləğdə rüşvət verir. Tahir Süleymanovla əlaqə saxlayıb iradımı bildirdim, faydası olmadı. İndi siz deyin, həmkara yaraşmayan daha böyük qəbahətə kim yol verib? Elnur, yoxsa Emin? Amma Allah şahiddir ki, vaxt olub, onu mənim yanımda söyəndə demişəm ki, ayıbdır, elə deməyin, həmkarımızdı. 

Emin ABBASOV


  #3   Adınız: namik;   E-mail: [email protected]

07.04.2012 06:23

Xalq ona leqeb verende bilib ne edir .Xalqin gozu terezidir,hamini cox gozel taniyir

  #2   Adınız: Elvin ;   E-mail: [email protected]

05.04.2012 22:47

Senin dediyin o ZEif butun baw mewqcilerine qan uddurub Ona Zeif adini qoyaninda O leqebi deyeninde Futboldan savadi Zeifdi

  #1   Adınız: osman;   E-mail: [email protected]

30.03.2012 05:58

Zeif ve Elnur bir medalin iki uzuduler

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail