Kamran Quliyev təcrid olundu: “Neftçi”də hər an kütləvi istefa gözlənilir

20.06.2023 | 528 dəfə oxunub

Ötən mövsüm uğursuzluğa düçar olan “Neftçi”nin düşərgəsində çox maraqlı vəziyyət yaranıb. “Ağ-qaralar”ın daxilində vəziyyət olduqca gərgindir.

Klubun Premyer Liqada 3-cü olması və ölkə kubokunun finalında uduzması baş sponsor SOCAR rəhbərliyini hiddətləndirib. Sözügedən şirkətin prezidenti və paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri olan Rövşən Nəcəf “Neftçi”yə nəzarəti tam olaraq ələ keçirib.

Aut.az-ın əldə etdiyi məlumata görə, klubun büdcəsi artırılıb, yeni transferlərlə yanaşı, baş məşqçi məsələsi ilə Rövşən Nəcəf şəxsən məşğul olur. Türkiyəli mütəxəssislə danışıqlar hələ ötən həftədən – şura sədrinin qardaş ölkəyə səfəri zamanı başlayıb və müsbət tendensiya ilə davam edir.

Rövşən Nəcəfin “ağ-qara” rəngli klublara olan sevdası məhz bu seçimdə böyük rol oynayıb.  O, 2 il öncə “Beşiktaş”ı gözlənilməz şəkildə çempion edən 50 yaşlı mütəxəssisə – Sərgən Yalçına “Neftçi”də də şans vermək istəyir.

Bundan başqa, prezident Kamran Quliyev və onun komandası baş verən proseslərə müdaxilə edə bilmir. Onlar tamamilə oyundankənar vəziyyətə salınıblar. Vəziyyət o həddə çatıb ki, Quliyevin istefa verməsinin an məsələsi olduğu bildirilir. O, hər an istefaya göndərilə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail