Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək. Stadium.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Turun açılış matçı Şamaxıda baş tutacaq. Şəhərin eyniadlı komandası son çempion “Neftçi”ni qəbul edəcək. Bu, bölgə təmsilçisinin yeni adla çempionatda ilk oyunu olacaq.
Günün ikinci matçında “Sabah” doğma meydanda “Zirə”ni qəbul edəcək. Tura sabah yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXII tur, 9 aprel (şənbə)
“Şamaxı” – “Neftçi” - 1:2
Qollar: Rəhman Hacıyev 10 - Tiaqo Bezerra 60, Ramon Maçado 72
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
14:00. Şamaxı şəhər stadionu.
“Sabah” – “Zirə” - 3:1
Qollar: Zurab Oçiqava 40, Coy Lens-Mikels 58, Xulio Sezar Rodrigez 90+5 - Hamidu Keyta 48
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
17:00. Bank Respublika Arena