Murad Musayev: "Bizim üçün elə də önəmli deyildi"

07.03.2022 | 3509 dəfə oxunub

"Bizim üçün çox önəmli qələbə idi. Axırıncı oyunlarda yaxşı futbol sərgiləyirdik, sadəcə nəticə yox idi. Son dəqiqələrdə qələbə qazanmaq həm xal, həm də mental baxımdan bizim üçün önəmli idi”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 18-ci turunda "Keşlə"yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

O, rəqib futbolçusu Sadio Tounkara ilə toqquşaraq zədələnən Elvin Camalovun durumu haqda danışıb: "Onun qaşı açılıb, beyin silkələnməsi var. Tibbi baxış lazımdır ki, onun hansı müddətə bizimlə olmayacağını dəqiqləşdirək". 

Rusiyalı mütəxəssis oyunda yeganə qolun müəllifi olan ukraynalı Zurab Oçiqavanın ölkəsində müharibə getməsinə baxmayaraq, psixoloji durumun yerində olduğunu bildirib: "Bundan əvvəlki oyunu buraxmışdı. Çünki konsentrasiya olması çətin idi. Qohumları ilə danışıb, vəziyyəti yaxşıdır. Çox vacib qol vurdu". 

Musayev Şamaxıya köçəcək "Keşlə"nin "ASK Arena"da son oyununu keçirməsinə isə belə münasibət bildirib: "Bizim üçün elə də önəmli deyildi. Özümüz haqda düşünürdük. Bizim üçün önəmli qələbə idi. “Keşlə” Şamaxıya köçür, onları bu münasibətlə təbrik edirəm. Amma biz bu haqda düşünmürdük". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail