Rəşad Sadıqov: "Beynimdəki bütün planları mətbuat konfransında açıqlaya bilmirəm"

06.03.2022 | 2973 dəfə oxunub

"Hər bir oyun əvvəlkindən daha önəmli olur. Futbolçulara bildirmişdik ki, bizə qarşı tam fərqli “Sumqayıt” olacaq. Bunu ilk dəqiqələrdən gördük". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, ilk hissədə küləyə qarşı oynadıqlarını bildirib: "Buna görə tələsmədən, səbirli oynayırdıq. Fasilədən sonra daha böyük qüvvə ilə hücum etdik. Qol da vurduq, yenə şanslarımız oldu. Amma 2-ci qolu vura bilmədik və son dəqiqələr bizim üçün çətin oldu. Rəqibin də şansları var idi. Vacib 3 xal qazandıq, xoşbəxtik. Növbəti oyunlara hazırlaşmalıyıq".

Sadıqov son 4 oyunda 3 qol vuran Keytanın ehtiyatda olması, meydana çıxdıqdan sonra əvvəlki kimi oynamamağı bağlı vurğulayıb: "Beynimdəki bütün planları mətbuat konfransında açıqlaya bilmirəm. Bu gün belə “11-liy”i görürdüm. Keyta tam əksinə, yaxşı oynadı. Qolda da xidməti var idi, özü də fərqlənə bilərdi. Hər şeyi danışa bilmirəm. Belə gördüm, qərar verdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail