"Hərdən paltardəyişmə otağında da emosiyanın həddi yüksək olur"

06.03.2022 | 3510 dəfə oxunub

"Kifayət qədər emosional oyun oldu. Hər iki tərəfin qol şansları var idi. Turnir cədvəlində yuxarı pillədə qərarlaşan komanda ilə matçda kifayət qədər qol epizodu yaratdıq. Epizodları dəyərləndirməklə bağlı problemimiz davam edir. Əlimizdə olan futbolçularla nələrsə etməyə çalışacağıq. Mövsümün sonunda nələrin olacağına baxacağıq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 18-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Fərdlərdən danışmayaq. Komanda məğlub olubsa, hamının məsuliyyəti var. Sistemə gəldikdə isə bu, mümkündür. Beşli müdafiə də, dördlü müdafiə də oynamaq olar. Amma bununla heç nə dəyişmir. Komanda məğlub olubsa, bu, zəncirvari problemlərin nəticəsidir. Həm dayaq yarımmüdafiəçilərinin, həm hücumçuların səhvi var. Hazırda dəbdədir, deyirlər ki, romb oynaya bilərik vəya dördlü, beşli müdafiə sistemi ilə oynaya bilərik. Bu, bəzi məqamlarda futbolçuların özlərində də qeyri-müəyyənlik yarada bilər. Sistemi dəyişmək olar, amma bu, çıxış yolu deyil" - deyə o bildirib. 

A.Baqa oyun zamanı emosional görünməsi ilə bağlı söyləyib: "Bəli, meydanda emosionalam. Hərdən paltardəyişmə otağında da emosiyanın həddi yüksək olur. Mətbuat konfransında isə sadəcə söhbət edirik. Özümü kiməsə bəyəndirmək fikrim yoxdur. Özümü başqa formada təqdim etmək istəmirəm. 

"Sumqayıt"ın baş məşqçisi kənardan  çempionatı izləyirmiş və yeni mövsümə hazırlaşırmış kimi görünməsi ilə bağlı suala cavab olaraq deyib "Belə şey yoxdur. Bu mövsümü də düşünürük. Növbəti mövsümlə bağlı hələ ki, fikirlər yoxdur. Paltardəyişmə otağında da dedim, kimsə bu mövsümü yola verib, növbəti mövsümü düşünürsə, bunu əvvəlcədən desin. Onlar bizimlə olmayacaq. Bu, futboldur. Futbolda üç oyunda qələbə qazanandan sonra şəhərdə hamı səni tanıyır, əllərdə gəzdirirlər, az qala Yurgen Klopp səviyyəsinə qaldırırlar. Amma məğlub olanda əlbəttə ki, tənqid də olur. Bunu normal qarşılayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail