Sergey Yuran: "Heç kim mənim yerimə qərar verə bilməz"
"Simurq" klubunun sabiq baş məşqçisi Sergey Yuran Rusiya mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, Yuran müsahibəsi zamanı bir sıra məsələlərə aydınlıq gətirib:
- Demişdiniz ki, "Simurq"la müqavilə şərtlərinizi ictimaiyyətə təqdim edəcəkdiniz. Bu sözü yerinə gətirdiniz?
- Bəli, təqdim etdim. Çoxları inanmadı, çünki düşünürdülər ki, mən "Simurq"la astronomik məbləğ müqabilində müqavilə bağlamışam. Buyurun, baxın. Müqavilə şərtlərini gördükdə çox təccübləndilər. "Bu məbləğə görə keçmisən "Simurq"a? - deyə sual verdilər. Mənim Azərbaycanda aldığım maaş heç də yüksək məbləğ deyildi. Hətta orta, yerli standartlara uygun idi. Qarşıma vəzifə qoyulmuşdu ki, güclü kollektiv yaradım. Hansı ki bu, daha əvvəl komandada yox idi.
- "Simurq"dakı fəaliyyətinizin uğursuz olduğunu düşünmürsüz?
- Bu, məni narahat etmir. Mən orada hörmət qazanmışdım. Azərbaycan Premyer Liqasının iddialı klubları Zaqatalaya qarşılaşmalardan 2 gün öncə gəlirdi - "Neftçi", "Qarabağ" və "Xəzər Lənkəran". Onlar digər komandalarla görüşlər üçün səfərə yalnız oyun günü gedirdilər.
- "Simurq" sizin karyeranızda nəticə verməyən ilk komanda oldu...
- Məncə, təcrübə vacibdir. Bizim ölkədə bu çətindir. Əgər nəticə varsa, işləyirsən, nəticə yoxdursa, öyrənirsən, fikirləşirsən. Ancaq bizdə belə asılılıq yoxdur. Bunu izah etmək mümkün deyil. Bəlkə də daha çevik olmalısan. Məndə belə xarakter yoxdur. Mən ağa qara deyə bilmərəm. Kimsə mənim yerimə qərar verə bilməz. Məsələn, "Sergey bu futbolçuları götür, onlar da məşq etsin". Bu, mənim anlayışıma uyğun deyil.
- Azərbaycanda işlədiyiniz zaman ərzində məşqçiliklə yanaşı, futbolçulara dost ola bildinizmi?
- Məncə, buna edə bilmişəm. Hətta mən Zaqatalanı tərk edəndə bəzi yerli futbolçular mənə təşəkkür etdi. Mən "Simurq"a gələnə qədər komandada təlim-məşq toplanışı keçmirdi. Mənim gəlişimdən sonra bu gerçəkləşdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |