"Bunun "Neftçi" üzərində ilk qələbəmiz olduğunu matçdan sonra bildim"

21.11.2021 | 3630 dəfə oxunub

"Bizim üçün vacib qələbə idi. "Neftçi" güclü rəqibdir, son çempiondur. İlk hissədə oyunumuz alınmadı. Qərar verməkdə gecikir, çoxlu səhvə yol verirdik. Amma yenə sonadək vuruşduq. İkinci hissədə səhvlərimizi düzəldə bildik və pressinqi yaxşılaşdırmaqla 2 sürətli əks-hücum nəticəsində qollarımızı vurduq. Futbolçuların mübarizəsindən razıyam. Qarşıda böyük işlər var. Bir gün də olsun dayana bilmərik".

Stadium.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 11-ci tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, flaqman gözlədiyi kimi oynayıb: "Cinahlardan çoxlu hücumlar etdilər. Prinsipcə, nə gözləyirdiksə, onu da gördük. Bunun "Neftçi" üzərində ilk qələbəmiz olduğunu matçdan sonra bildim. Buna görə sevincliyəm. Amma artıq bu görüşü unudub səylə işləməliyik".

Rusiyalı baş məşqçi keçmiş futbolçusu Məhəmməd Şapi-Suleymanovu "Sabah"a gətirəcəyi ilə bağlı iddialara da cavab verib: "O, hazırda Türkiyədə icarədədir. Sabit oynayır və öz vəziyyətindən razıdır. Yayılan məlumatlar şayiədir".

Musayevin sözlərinə görə, qış fasiləsində çox transfer lazım olmayacaq: "Yüksək keyfiyyətli futbolçularımız var. Amma bəzi mövqelərin gücləndirilməsi üçün danışıqlar gedir. Daha çox öz oyunçularımıza güvənəcəyik.

Məndən öncə klubda çalışan baş məşqçilərə hörmətlə yanaşıram. Heç vaxt demərəm ki, kimsə pisdir. Sadəcə, mənim öz oyun üslubum var. Bəzi şeyləri dəyişməliyəm ki, mənim fəlsəfəmə uyğun oynasınlar. Buraya yeni gəlmişəm. Vəd verməyi xoşlamıram. Hücum futbolu göstərməyə çalışacaq və bu istiqamətdə işləyəcəyik" 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail