Kevin Medina: "Bu uğura nail olmaq indiki komandanın qismətində imiş"

14.11.2021 | 4140 dəfə oxunub

"Qarabağ"ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlama verib. Stadium.Az xəbər verir ki, kolumbiyalı futbolçu komandanın UEFA Konfrans Liqası və Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışıb:

“Premyer Liqa və UEFA Konfrans Liqasında vəziyyətimiz yaxşıdır. Yaranmış fasilədə də öz üzərimizdə çalışmalıyıq. İnkişaf etmək və oyunumuzu təkmilləşdirmək üçün mümkün qədər daha çox məşq etməliyik. Oyun ritmini qorumaq üçün çalışmağa davam edirik.

Premyer Liqada hazırda liderik və oyunlarımız asan keçmir. Bütün rəqiblər xal almağa və qalib gəlməyə çalışırlar. Konfrans Liqasında qrup mərhələsinin başa çatmasına 2 tur qalsa da, növbəti mərhələyə yüksəlməyi təmin etdik. Bütün azarkeşlər kimi, biz futbolçular da bu tarixi uğura çox sevinirik. Ancaq mən uğurumuzu bu ilin nəticəsi adlandırmazdım. Çünki “Qarabağ” ardıcıl 8-ci dəfədir qruplarda oynayır. Bu uğur uzun illər çəkilmiş zəhmətin nəticəsidir. 8 il ərzində toplanmış təcrübənin bəhrəsini biz görürük. Deməli, bu uğura nail olmaq indiki komandanın qismətində imiş. Azarkeşlərimizə də bizi daim dəstəklədikləri üçün təşəkkür edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail