Qurban Qurbanov: "“Daha ciddi və daha möhkəm olmalıyıq"

04.11.2021 | 3378 dəfə oxunub

“Daha ciddi və daha möhkəm olmalıyıq. İnanıram ki, sabah meydanda yaxşı mübarizə olacaq”. Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində “Kayrat”la keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

O, "Qarabağ"ın Konfrans Liqasındakı məğlubiyyətsizlik seriyası haqda bunları bildirib: "Bu, mənim üçün xoşdur. Uğurlu seriyadır. Digər tərəfdən bir az narahatlıqdır. Bu seriyanı əlbəttə ki, davam etdirmək istəyirik. Hər uğurlu seriyanın bir sonu olur. Ancaq biz indi bu haqda düşünmürük. Sabah biz bu oyunun vacibliyini düşünərək oynayacağıq. Əgər məğlubiyyətsizlik seriyasını davam etdiririksə, deməli, hər oyuna ciddi yanaşırıq. Sabahkı oyuna da futbolçuları maksimum yaxşı hazırlaşdırmışıq".

Qurbanov "Oyun günü 17 dərəcəyə qədər şaxta gözlənilir. Belə iqlim şəraitinə xüsusi hazırlaşmısınız?" sualına belə cavab verib: "Təbiətdə pis hava yoxdur. Futbolçulara deyirəm ki, istənilən çətinliyə hazır olmalıdırlar. Futbolçularım bunu yaxşı bacarırlar. Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq. Hər bir rəqibə şərtdən asılı olmayaraq, qalib gəlməyə çalışırıq".

Təcrübəli mütəxəssis rəqibin güclü cəhətlərindən danışıb: "İlk növbədə çox təcrübəli baş məşqçiləri Kurban Berdıyev və futbolçuları qeyd edərdim. Topla və topsuz komandanın yaxşı qarşılıqlı əlaqəsi var. Rəqib müdafiədə güclüdür və əks-hücumlarda yaxşı oynayır. Bundan ehtiyatlanmaq lazımdır. Biz Bakıdakından daha yaxşı oynamalıyıq".

Qurbanov “Qarabağ” bir neçə dəfə avrokubokların qrup mərhələsində çıxış etsə də, pley-offa adlaya bilməyib. Bu, komandaya təzyiq edir?" sualını isə belə cavablandırıb: "Artıq səkkiz ildir ki, Avropada oynayırıq və həmişə irəliləməyi hədəfləyirik. Uğursuzluqlar olub, amma ruhdan düşmürük. Biz hər zaman öz üzərimizdə işləməyə davam edirik. Sabahkı oyunda əlimizdən gələni edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail