Kurban Berdıyev: "Həlledici qarşılaşma olacaq"

04.11.2021 | 3514 dəfə oxunub

“Biz Konfrans Liqası və Qazaxıstan çempionatını ayırmırıq. Bütün oyunlar bizim üçün vacibdir”.  Stadium.Az xəbər verir ki, bu sözləri Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəkləri oyun üçün təşkil edilən mətbuat konfransında deyib

O, Ağdam təmsilçisi ilə görüşün onlar üçün həlledici olacağını bildirib:  “Düşünürəm ki, sabah pley-offa çıxmaq şanslarımız baxımından həlledici qarşılaşma olacaq. “Qarabağ”la ilk hissədəki kimi 90 dəqiqə oynasaq, müsbət nəticə əldə edə biləcəyik. Komandamızın çıxışında müsbət dəyişikliklər görürəm. Amma yenə də zonalararası oyunda tarazlığa nail olmalıyıq. 

Berdıyev zədəsini sağaldan futbolçusu Yatsek Quralskinin durumu bardə də danışıb: “Tam hazır deyil. 90 dəqiqə oynaya bilməyəcək. Oyunun necə gedəcəyinə və onun bizə nə qədər faydalı olacağına baxacağıq”. 

Berdıyev Bakıya gəlməyən erməni cinah yarımmüdafiəçisi Kamo Ohanesyanın Almatıda meydana çıxma ehtimalına da toxunub: “Qarabağ”ın çox güclü sol cinahı da var. Təhlükəli hücumlar qururlar. Həmin cinahda oynamaq bizim üçün çox çətin idi. Görək Kamo sabah start heyətində olacaqmı?

Berdıyev sonda “Qarabağ” haqda müsbət fikirlər səsləndirib: “Əlbəttə, Qazaxıstanda “Qarabağ” kimi komanda yoxdur. Çox hazırlıqlıdırlar, hamısı müxtəlif vəziyyətlərdə necə oynamağı bilirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail