Qurban Qurbanov: "Arxayın idim ki, bu hal təkrarlanmayacaq"

30.10.2021 | 3356 dəfə oxunub

“Bu gün futbolçularımız çox yaxşı mübarizə apardılar. Bəzi texniki məqamlar çatmaya bilər. Amma ümumən futbolçulardan razıyam. Çox yaxşı komandaya qalib gəldik. “Neftçi”nin yüksək bacarıqlı futbolçuları var”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi”yə qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis asan qələbə qazanmadıqlarını bildirib: "Bəlkə də, ən çətin oyunlarımızdan biri idi. Hesab asan göstərə bilər. Amma bu komandaya qarşı 90 dəqiqə diqqətli olmalıyıq, çox güc sərf etməliyik. “Kayrat”la oyundan sonra çox çətin proqramdayıq. Bu təqvim sıxlığı da davam edir. Diqqət etməli perioddayıq. Deməzdim ki, futbolçu sayı bizdə həddən artıq çoxdur. Biz də rotasiya edirik, bəzən effektli, bəzən effektsiz olur. “Səbail”lə görüşdə meydança amili futbolçuları ikiqat yordu. Bərpa müddəti çox vaxt alır. Sona kimi gördünüz ki, gərgin oyun getdi, “Neftçi” də təslim olmurdu".

Q.Qurbanov "Qarabağ" azarkeşlərinin rəqib komandanın baş məşqçisi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirib: "Bu məsələyə qarışmaq bəlkə də, səlahiyyətimdə deyil. Amma etirazlarımı bildirdim. Mənə görə xoş deyil. Özləri də açıqlama vermişdilər ki, azarkeşləri aqressiv edək ki, ajiotaj böyüsün. Həmişə demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır, onların öz düşüncələri var. Amma bizim azarkeşlərin hansısa komandanın baş məşqçisinə istefa şüarı səsləndirməsini istəmirəm. Hətta öz məşqçilərinə də bu şüarı səsləndirməsini istəmirəm. Bizim azarkeşlə bu komandanı həddən artıq çox istəyirlər. Bəlkə də, bu sevgi çox olanda əlavə bir şey axtarırsan. Hətta öz məşqçini yola salanda da hörmətlə yola salmaq lazımdır. Çünki baş məşqçi də boş vaxt keçirmək istəmir, uğur qazanmağa çalışır. Xüsusən də, Samir Abasov haqda bunu demək xoş olmadı. Hamımız bir yerdə oynayan, böyüyən insanlarıq. Məşqçilərimizin hamısının irəli getməsini istəyirəm. Onlara da dəstək lazımdır. Çox ümid edirdim, arxayın idim ki, bu hal təkrarlanmayacaq. Amma oyunun tələbləri, aqressivliyi başqadır".

Qurbanov “Qarabağ”ın rəhbəri Tahir Gözəl komandanızı Konfrans Liqasının finalında görmək istədiyini bildirib. Bu barədə nə deyə bilərsiniz"? sualını belə cavablandırıb: "İstək çox böyük olur, hamımızın istəyi var. Hər oyuna ehtiyatla yanaşmalıyıq, çalışmalıyıq səhv etməyək. Bu turnirdə tez səhv edən məğlub olur. Hər bir rəhbər daha böyük uğur istəyir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail