Samir Abbasov: "Bu gün elə gündür ki, mən tamadalıq eləməliyəm"

20.05.2021 | 4498 dəfə oxunub

"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci – sonuncu turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gələrək çempion olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Çempionat ərzində çox danışmışam. Sözlərin tükəndiyi gündür. “Neftçi” camiəsini təbrik edirəm. Azarkeşlərimiz, inamımız möhtəşəm idi. Bu inama arxayınlaşaraq bura gəlmişik. Bura gəlməzdən əvvəl bazanın qarşısında nələr baş vermişdi. Bu cür azarkeşə çempionluq yaraşırdı. Yolun hələ əvvəlindəyik. Amma görünən odur ki, doğru yoldayıq. Hədsiz əziyyət çəkən insanlar var. Üzdə görünən futbolçular və məşqçilərdir. Görünməyən insanlar var ki, bizdən də çox bu çempionluğa layiqdirlər. Bazanın əməkdaşları, aşpazlar, xadimələr... Adlarını bir-bir çəkə bilmirəm, kimisə yaddan çıxara bilərəm. Onların haqqı məndən çoxdur. Bu gün elə gündür ki, mən tamadalıq eləməliyəm. Bütün komandalara təşəkkür edirəm. Biz bu gün təkcə “Qarabağ”a qarşı deyil, bir struktura qarşı oynayırdıq. Həqiqətən də, “Qarabağ” gözəl iş qurub. Onların hamısı dostlarımdır, xətirlərini çox istəyirəm. Amma bu ilin komandası biz idik.

- Çempionlar Liqasında çıxış edəcəksiniz. Komanda güclənəcəkmi?

- Rəhbərliklə bu barədə danışmamışdıq, amma məşqçilər olaraq öz aramızda planlar qurmuşduq. Bəzi məqamlar var ki, rəhbərliklə həll olunmalıdır. Çempionlar Liqası tam fərqli turnirdir. Orada Azərbaycanı layiqincə təmsil etmək üçün bu yetərli deyil. Bütün Azərbaycan bizə baxacaq.

- Penalti epizodları ilə bağlı fikirləriniz nələrdir?

- Həmin epizodlarla qələbəmizə kölgə salmaq istəmirəm. Sabah təhlil etdikdən sonra nəsə deyə bilərəm. Oyunçumuzun yerdə əlində top dəydi. Bu nə dərəcədə penaltidir? Xaymenin epizodunda isə penaltidən söhbət gedə bilməz. Amma yenə də yanıla bilərəm.

- Qurban Qurbanova sual ünvanlandı ki, siz Samir Abasova uduzdunuz, yoxsa “Qarabağ” “Neftçi”yə uduzdu. Siz necə düşünürsünüz, şəxsən Qurban Qurbanova qalib gəldiniz?

- “Qarabağ” nümunəvi klubdur. Biz hələ işin əvvəlindəyik. Onlarda isə böyük struktur var. Qurban müəllimlə aramızda olan rəqabətdən yox, klublar arasındakı rəqabətdən danışmaq lazımdır. Düşünürəm ki, Samir yox, başqa məşqçi də olsaydı, eyni hal yaşanacaqdı. “Neftçi” min Samirdən üstündür.

- Komandada nəyi dəyişdiniz ki, mövsümü çempion kimi bitirdiniz?

- Kollektivi ələ aldıq, onlara inam aşıladıq. Ölmüş bir komandanı götürüb nəsə eləmək çətindir. Amma yarı işi mən gördümsə, yarı işi də futbolçular göstərdi. Onlar inandılar. Komanda ruhən ölmüşdü. 0:6 hesabı ilə uduzan komanda var idi. Söhbət məndən əvvəlki baş məşqçidən getmir. Bu çempionluqda onun da payı oldu. Son 5 oyunu səfərdə oynamışıq. Yayda çətin sınaqdan çıxdıq.

- Oyun sönük keçdi və ikinci hissənin əvvəlində sakit idiniz. Bu sakitlik nədən qaynaqlanırdı?

- Bir-birimizdən ehtiyatlanırdıq. “Qarabağ”la açıq futbol oynaya bilməzdik. Bəzi epizodlarda tez top itirdiyimiz üçün əsəbiləşirdim. Sona yaxınlaşdıqca sistemdən çıxdıq, ancaq hücumu düşündük. Mənim özümdə inam çox idi. Digər matçlardan bəlkə daha aqressiv idim.

- Bir epizodda Aqil Məmmədov ciddi səhvə yol verdi. Həmin epizod qol olsaydı, nə edəcəkdiniz?

- Bilmirəm. Bəlkə də, bu sevinc olmayacaqdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail