Azarkeşlərdən “Neftçi” rəhbərliyinə xəbərdarlıq

27.04.2021 | 3789 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi”nin “Sabah”la oyundakı (2:2) çıxışı azarkeşlərinin narazılığına səbəb olub.

Stadium.Az xəbər verir ki, “ağ-qaralar”ın ən böyük azarkeş qrupu olan “Forza Neftçi” öz feysbuk səhifəsində bu barədə paylaşım edib. Fanatlar bu cür oyunu biabırçılıq adlandırıb və klub rəhbərliyindən çempionluq tələb ediblər:

“Bu oyunla çempionluqdan danışmaq bizim üçün belə ayıbdır. O keçəl yan xətt hakiminin “dolya”sını niyə çatdırmadınız?  Keysuke Hondanı reklam üçün gətirmisizsə, geriyə yola sala bilərsiniz. Talisson Diaz, Stiven Monroz, Anton Krivotsyuk öz oyunları ilə bizim formaya layiq futbolçular deyil.

Deyəsən, ölkədə karantindir deyə Kamran bəy (“Neftçi”nin prezidenti Kamran Quliyev) yenə rahatlaşıb. Biz tribunaya gələ bilmiriksə, o demək deyil ki, sözümüzü çatdıra bilməyəcəyik. Mövsümün sonunda çempionluq gəlməsə, yenə üz-üzə gələcəyik. Bu da burda qalsın. Ya bu oyunlardan sonra nəticə çıxardın, ya da biz başqa formada söhbət edəcəyik”.

“Neftçi” “Sabah”la matçda növbəti xal itkisi ilə üzləşib. Rəqibin 8 nəfərlə qalmasına baxmayaraq, Samir Abasovun komandası qələbə qazana bilməyib – 2:2.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail