Füzuli Məmmədov: "Seçdiyimiz hücumçu var, danışıqlarımız artıq bitib"

26.08.2020 | 5681 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şkupi” ilə keçiriləcək oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

Stadium.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis rəqibi tam analiz etdiklərini söyləyib.

- Futbolçularımıza rəqib haqda bütün məlumatları bildirmişik. Oyuna ciddi yanaşırıq. Matça tam hazırıq, start fitini gözləyirik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Hansı komanda olduğumuzu bilirik. Amma bu o demək deyil ki, rəqibi ciddiyə almırıq. Rəqibin kimliyinin fərqi yoxdur. Futbolçularım oyuna tam hazırdır.

- Start heyəti "Səbail"lə görüşdəki heyətdən çox fərqlənəcək?

- Bu haqda tam məlumat vermək istəmirəm. Çünki bizim bu gün də məşqimiz olacaq. Məşqdən sonra açıqlayacağıq.

- Mərkəz hücumçusunun alınmaması planlarınıza necə təsir etdi?

- Çox istəyərdik ki, istədiyimiz səviyyədə seçdiyimiz oyunçular kollektivə öncədən qoşulsun. Hücumçu mövqeyi çox çətin məsələdir. Bəyəndiyimiz oyunçular var. Bəzən özləri gəlmək istəmir, bəzən ailələri istəmir, bəzən də maliyyə danışıqlarımız uğurlu alınmır. Seçdiyimiz hücumçu var, danışıqlarımız artıq bitib. Pandemiya ilə əlaqədar sənədləşdirmə işləri sərtləşib. Düşünürəm ki, çempionatın növbəti oyununa kimi yeni hücumçu komandaya qatılmalıdır.

- Sabah özünüz də avrokubokda baş məşqçi kimi debüt edəcəksiniz. Həyəcan var?

- Bəli, avrokubokda baş məşqçi kimi ilk oyunumdur. Elə bir insanam ki, meydana yalnız qələbə üçün çıxmışam. Futbolçu və ya məşqçi kimi olmağın fərqi yoxdur.

- Rəqibin heyətində xüsusi tədbir gördüyünüz oyunçu var?

- Xeyr, yoxdur. Yaxşı komandadır, tam şəkildə təşkilatlanıb. Onların bütün oyunçularını təhlil etmişik. Rəqibi komanda şəklində analiz etmişik və komanda şəklində də hazırlaşırıq.

- Elvin Yunuszadənin "Şkupi"də olması onlar üçün üstünlükdür?

- Bu haqda heç nə deyə bilmərəm. Elvin Azərbaycan futbolu barədə məlumatlıdır. Amma belə şeylər bizi qorxutmur.

- Stadionun durumu necədir?

- Bu arenanın ot örtüyü hər zaman yüksək səviyyədə olub. Stadiona daxil olanda rəhbərliklə görüşdüm. Bildirdilər ki, ot örtüyü son oyuna nisbətən yaxşı səviyyədədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail