Bordin: "Ayağa qalxa bilmişik"
Azərbaycan Premyer Liqasında VIII turun “Neftçi” – “Zirə” (3:0) matçından sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.
Stadium.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bildirdi: - Bütün futbolçularımı təbrik edirəm. Bu gün oyuna çox düzgün yanaşdılar. Qələbə seriyasını davam etdirmək lazım idi. Bu gün bunu bacardıq. Qələbə turnir cədvəli baxımından da əhəmiyyətli idi. Bütün futbolçular ilk dəqiqələrdən sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da uğurlu qoşuldu. Təəssüflənirəm ki, Platellas və Rauf 100 faizlik epizodlarda fərqlənə bilmədilər. Onlar da qol vurmağa layiq idilər. Birinci qoldan sonra oyunu bitirmək üçün irəli atıldıq ki, ikinci dəfə fərqlənək. Risk etdik və qol buraxa da bilərdik. Ancaq ikinci qoldan sonra rəqib açılmağa başladı və bu, bizim işimizə yaradı, qol vurmaq üçün epizodlarımız yarandı.
- Gözəl oynadız və yaxşı nəticə qazandız. Ancaq çoxlu qol imkanlarından istifadə olunmadı...
- Əsas məqam odu ki, təhlükəli məqamlar yarada bilirdik. İkinci qoldan sonra futbolçuların bəziləri asan qollar vura bilərdi, ancaq qeyri-adi şeylər axtarırdılar. Hesab böyüyəndən sonra konsentrasiya yoxluğu yarana bilər. Başqa problem yoxdu.
- Rauf Əliyev hücumda gözləniləni verə bildimi?
- Oynadığı müddətdə etdikləri məni qane etdi. Qol vura da bilərdi. Yalnız buna görə üzülürəm ki, fərqlənə bilmədi. Ona yalnız qol çatmadı.
- Ardıcıl 3 qələbə “Neftçi”nin yaralarının neçə faizini sağaldıb?
- Faizi deyə bilmərəm. Sadəcə, son 3 qələbəni baza kimi düşünmək və irəli addımlar atmağımızı istəyərəm. Əvvəl yaralı idik, indi ayağa qalxa bilmişik.
- Gerye və Mustivarın oynamaması milli komandanın heyətindən qayıtmaları ilə bağlı idi?
- Hər iki oyunçu yığmada kifayət qədər oynadı və uzun yol gəldilər. İki gün əvvəl komandaya qoşuldular və yalnız bir məşq edə bildilər. Ona görə də riskə yol vermək istəmədik.
- “Neftçi”nin çempionluğu üçün əsas rəqibi “Qarabağ”ın da xal itkiləri lazımdı. Onların uğursuzluğunu arzulayırsızmı?
- Biz hər gün yalnız öz oyunumuzu düşünürük. Rəqib barədə fikirləşmirik. Hər matçda qələbə qazanmaq istəyirik. Rəqiblərin xal itirməsinin əhəmiyyəti yoxdu. Öz evimizin içinə baxmalıyıq, başqa komandalarda nə baş verdiyinə fikir verməməliyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |