Stadium.az xəbər verir ki, günün ikinci yarısında fitnes salonda baş tutan məşq prosesi zamanı futbolçuları müxtəlif fiziki çalışmalar yerinə yetiriblər.
"Qəbələ"nin Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. “Qırmızı-qaralar” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Rusiya təmsilçiləri ilə 2 matç keçirəcək komandanın rəqibləri ayın 20-də “Yenisey, 4 gün sonra isə “Fakel” olacaq. Yanvarın 26-da olacaq son sınaq matçında “Qəbələ” Macarıstan təmsilçisi MTK ilə görüşəcək.