Stadium.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu gün 07:55-də H.Əliyev adına Beynəlxalq Hava Limanından qonşu ölkəyə yola düşüb. Yerli vaxtla saat 12:00-da Antalyaya çatan komanda Belek bölgəsində yerləşən "IC Santai" hotelinə gəlib. "Sumqayıt"ın ilk məşqi saat 17:00-da olacaq.
"Sumqayıt" Antalyada 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.