Stadium.az xəbər verir ki, Bakıətrafı qəsəbə təmsilçisi bu gün 1 məşqlə kifayətlənib. “Zirə” Antalyada 4 yoxlama oyununa çıxacaq. “Qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) komandaları ilə görüşdə qüvvəsini sınayacaq. Digər 2 rəqibin kimliyinə isə aydınlıq gəlməyib.
Komanda yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq.