Tərlan Əhmədov: "Asan olmayacaq, ancaq bacara bilərik"
"Qarabağ"a qarşı keçən oyunda səhvlər etmişdik. Çalışdıq ki, müdafiədə kompakt oynayaq və rəqibi əks-hücumlarda yaxalayaq. Bəzən bu, alınırdı".
Bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Kubok oyununda futbolçular psixoloji cəhətdən hazır olmalıdı. Bir səhv hər şeyi dəyişə bilir. Komanda müdafiədə yaxşı oynadı. Hücumda keyfiyyətli çıxış edə bilmədik. Qarşıda cavab görüşü var. Cütün taleyinə ayın 20-də aydınlıq gələcək. Bu gün hiss etdim ki, komandada görüləsi işlər çoxdur. Belə məğlubiyyətlə hələ heç nə itirilməyib. Cavab oyununda daha diqqətli oynamağa çalışacağıq".
- Rəqibin “Qarabağ" olduğunu nəzərə alsaq, 0:1 komandanız üçün üstünlükdür?
- Mümkünsüz heç nə yoxdur. Çalışacağıq ki, cavab matçında daha yaxşı oynayaq və qələbə qazanaq. Asan olmayacaq, ancaq bacara bilərik.
- Klub prezidenti Zaur Axundov hakimlikdən narazı görünürdü...
- Hamı görür ki, cərimə zərbəsi təyin olunursa, məsafə 9 metr olmalıdır, daha 12 metr yox. Diqqətli olmaq lazımdır. Cavan hakimlər təyinat alır. Amma səhvlər oyunun gedişinə təsir edir. Avropa futbolundan zövq alırıq, amma bizdə hər toxunuşa fit səslənir. Narazılıq olursa, deməli, var da.
- Conatan Ayite əvəzlənəndə nə isə deyirdi...
- Mənim üçün də qaranlıq qaldı. Araşdıracağıq ki, görək nə baş verdi. Hər oyunçu sona qədər oynamaq istəyir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |