Stadium.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin aparıcı futbolçusu Əfran İsmayılov zədədən əziyyət çəkir. Təcrübəli yarımmüdafiəçi ilk oyunu zədəsi səbəbindən buraxmalı olacaq.
Onun cavab qarşılaşmasında meydanda olacağı gözlənilir.
“Neftçi” və “Sumqayıt” komandaları arasında görüş bu gün keçiriləcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.