Rəşad Sadıqov: "Həmişə olduğu kimi, nəticə yoxdursa, tənqid var"

12.09.2018 | 5698 dəfə oxunub

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Rəşad Sadıqov Norveç yığmasına 1:3 hesabıyla uduzduqları rəsmi oyundan sonra mətbuat konfransı keçirib.

Stadium.Az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə "Dalğa Arena"dakı matç haqda danışıb. 

- Güclü komandaya qarşı oynadıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışdıq. Qrupumuzda iki favorit var - Norveç və Almaniya. Onlar almanları artıq məğlub ediblər. Bu gün iki futbolçuları oynamırdı, çünki əsas yığmalarına cəlb olunub. Pis oynamadıq. Rəqib üstünlüyə malik idi ki, bu da gözlənilirdi. Futbolçularımızın istəklə və sonadək mübarizə aparmaları sevindiricidi. Ümumilikdə komandamdan razıyam. 

- U-21 yığmanız I Diviziona buraxılsaydı, daha yaxşı omazdı?

- I Divizion elə səviyyədə turnir deyil ki, ora bu komandanı buraxasan. Bundan dividient almayacağıq. Premyer Liqada oynasaydı, bu, bizə kömək olardı.

- Hansısa qapıçını milliləşdirmək istəyiniz var?

- Bu haqda düşünmürəm. Kamran İbrahimov potensiala malik qapıçıdı. Bu gün o, səhv etdi, ancaq ona etimad göstərirəm. Səhvlər üzərində öyrənirsən. Onu özüm bilərəkdən belə oyunlara buraxıram ki, "bişsin".

- Barış millimizin UEFA Millətlər Liqasında oktyabrdakı matçlarına dəvət ala bilər?

- İstərdim ki, futbolçularımdan kimsə çağırılsın. Barış ilk dəfə U-21-də əsas heyətdə meydana çıxdı. Ümid edirəm ki, növbəti tsikldə daha güclü yığmamız olacaq.

- Milli komandamız Millətlər Liqasında uğursuz starta görə çox tənqid olunur...

- Həmişə olduğu kimi, nəticə yoxdursa, tənqid var. Qələbə varsa, tərif olacaq. Bizdə futbolu düzgün təhlil etmirlər. Çoxlu kadr itkimiz vardı, oynayanlar yaxşı formada deyildi. Mübarizə apardılar, daha yaxşı oynaya bilərdilər. Ümid edirəm ki, növbəti matçlarda formada olacaqlar. Farer adalarıyla matç finala bərabər olacaq. Nəticə olsa, vəziyyət dəyişəcək. Çünki bundan sonrakı 2 matçı evdə keçirəcəyik. 

- Millidə lider yoxdu. Əsas yığmaya qayıtmağınız mümkündü?

- Çətinliklərdən qorxmuram. Lazım olsam, yenidən millidə oynayacağam. Ancaq indi belə kritik ehtiyac yoxdu. Hələ ki ki burda lazımam, Ona görə Azərbaycan futbolunda bu sahədə fayda verməyə çalışıram. Uğursuzluq olsa, özüb çıxıb gedəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail