Yunis Hüseynov: "Dieqonu mən bəyənib gətirmişəm"

15.03.2018 | 5487 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XX turunda "Sumqayıt"la oyundan sonra (1:2) mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qalib gəlmək istəyirdik. Xüsusən, ilk yarıda pis təsir bağışlamadıq. İkinci hissənin ilk 25 dəqiqəsində isə oyunu rəqibə verdik. Rəqib qapımıza 2 zərbə vurdu. Uşaq səhvlərindən qollar buraxdıq. Bu gün 1 xala layiq idik. Qarşıdakı fasilə müddətində yaxşı hazırlaşaraq, nəticələr göstərəcəyik. 

- Komandanızın psixoloji cəhətdən oyuna hazır olmadığını düşünmürsünüz?

- Futbolu 90 dəqiqə oynamaq lazımdı. Ya 2-ci, ya da 85-ci dəqiqədə səhvlər edirsən, qollar vurulur. İkinci qolda Cavid İmamverdiyev topu ələ keçirdikdən sonra heç kim ona yaxın oynamadı. Təcrübələri çatsaydı, qarşısını alardılar. 

- Sanki Dario Frederiko özünü qoruyurdu...

- Hansısa futbolçunun özünü qorumasını hiss etmədim. Dario topla çox oynamaq istəyir. Buna görə də rəqib ona yaxın oynayırdı. Süni örtüklə təbii arasında fərq ola bilər, amma inanmıram ki, buna görə olsun. 

- Dieqo Souzanı komandaya siz gətirmisiniz, yoxsa kənar şəxslər?

- Dieqonu mən bəyənib gətirmişəm. Bizə kənardan heç kim oyunçu gətirmir. Dieqonun bədən quruluşu elədi. Bu oyuna zədəli halda çıxmışdı. Çünki həm Samir Zərgərov, həm də Vinçester oynamırdı. "Xəzər Lənkəran"da da eyni tempdə qaçırdı. Sadəcə, meydanda qara işləri görürdü. Qarşıdakı 15 gün ərzində çalışacağıq ki, zədəli futbolçuları hazır vəziyyətə gətirək. Elə futbolçular var ki, piyada gəzəndə də ayağını dartır. 

- "Kəpəz"dən kiminsə milliyə çağırılacağını gözləyirsiniz?

- Dəvət etsələr, sevinərik. Amma autsayder olduğumuzdan, çətin ki, kimisə çağırsınlar. Bu, Qurban Qurbanovun səlahiyyətindədi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail