Qurban Qurbanov: "Çox şey tələb edə bilməzdim"
“Çətin oyun oldu. Futbolçulardan çox şey tələb edə bilməzdim. Hamısından raz qaldım. Meydanda çox düşündülər. Rəqib pressinq edirdi. Lakin daha çox müdafiədən oynadılar. Bütün oyunçulardan razı qaldım. Futbolçular fərdi qaydada öz üzərlərində çalışmalıdılar. Bakıya qayıtdıqdan sonra da fərdi söhbətlər edəcəm. İndi zəif komanda yoxdur. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir”.
Stadium.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Antalya toplanışı çərçivəsində Moldova ilə keçirilən yoxlama oyunundan (0:0) sonra təşkil edilən mətbuat konfransında deyib.
- Baş məşqçi kimi üzərinizdə təzyiq var idi?
- Psixoloji təzyiq həmişə olur. Oyun zamanı isə hamısı yaddan çıxır.
- Abbas Hüseynov bu gün çox güc sərf elədi. Bu nə ilə bağlıdı? Sanki daha hazırlıqlı görünürdü..
- Qış hazırlığı zamanı oyunçuların hazırlığı dəyişə bilər. Hər futbolçu məşqləri fərqli qəbul edə bilər. Ona şans verilib, yəqin bu şansdan yaxşı istifadə etmək istəyib. İstəyirəm ki, o, yaxşı futbolçu olsun. Son illərdə qeyri-sabit oyun sərgiləyib. Bu gün onun oyunundan razı qaldım. Ancaq bu tempi qoruyub saxlamalıdı. Məncə, özünü bir az da inkişaf etdirməlidi.
- Əvəzetmələrin az olmasına səbəb nə idi?
- Oyundan öncə 6 dəyişikliklə bağlı razılığa gəldik. Buna görə, bütün heyəti dəyişmədim.
- Rəqib baş məşqçi onların daha çox qol fürsətləri olduğunu dedi...
- Bəli, onların qol fürsətləri oldu. Əsasən, standart vəziyyətlərdən qol şansı qazanmışdılar. Onların yaratdığı epizodlar bizim diqqətsizliyimizin nəticəsi idi. Yəqin komandasının oyunundan razı qalıb. Futbolçuları onun tapşırıqlarını yerinə yetiriblər.
- Rəqib müdafiədən oynayırdı. Millətlər Liqasındakı rəqiblərin səviyyəsini nəzərə alsaq, bu cəhətdən çətinlik olmayacaq ki?
- Bəli, çətin olacaq. Bu gün bütün komandalar müdafiə oluna bilir. Rəqibi analiz etmək o qədər də çətin deyil. Bu cəhətdən Millətlət Liqasında da çətin olacağını bilirik. Ancaq bunun üzərində çalışmalıyıq.
- Rəqibin heyətində “Qarabağ” üçün gözaltı etdiyiniz oyunçu olmadı ki?
- Yox, daha çox öz futbolçularıma baxırdım.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |