AFFA "Simurq"un stadionunu bağladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, icasda Premyer Liqanın son turunda baş vermiş hadisələr müzakirə edilib və aşağıdakı qərarlar qəbul olunub:
Unibank Premyer Liqasının XVIII turunun “Simurq” – “İnter” matçının 54-cü dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Oyunun 69-cu dəqiqəsində “Simurq” baş məşqçisi Sergey Yuran texniki zona qayadalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Matçın 69-cu dəqiqəsində “Simurq” azarkeşləri tərəfindən meydançaya atılmış kənar əşyalardan biri matçın baş hakiminin başına zədə yetirmiş və nəticədə ona təcili tibbi yardım göstərilmişdir. “Simurq” azarkeşləri tərəfindən dəfələrlə meydançaya kənar əşyalar atıldığı üçün kluba aşağıdakı cərimə və cəzalar tətbiq olunub:
“Simurq” klubu növbəti iki ev oyununu azarkeşsiz keçirsin və kluba 8000 manat cərimə verilsin. Oxşar hadisənin baş verəcəyi təqdirdə “Simurq” klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat versin.
Unibank Premyer Liqasının XVIII turunun “Sumqayıt Şəhər” – “Turan” matçının 68-ci dəqiqəsində “Turan” klubunun 22 №-li futbolçusu Məhərrəm Müslümzadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Unibank Premyer Liqasının XVIII turunun “Rəvan” – AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Unibank Premyer Liqasının XVIII turunun “Qəbələ” – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Vüqar Məmmədov texniki zona qayadalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Unibank Premyer Liqasının XVIII turunun “Neftçi” – “Kəpəz” matçının 55-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu İqor Mitrevski idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.Oyunun 66-cı dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Armand Feutçine kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |