Azər Həsənsoy: “Başqa döyüş növlərindən gələn idmançılar Muay Tay göstərə bilmirlər” - MÜSAHİBƏ
Bir neçə gün öncə Sərhədçi İdman Kompleksində Muay Tay üzrə növbəti Azərbaycan çempionatı keçirildi. Olduqca yüksək səviyyədə təşkil edilən və keçirilən çempionat barədə federasiya prezidenti Azər Həsənsoyla danışdıq. Azər müəllimlə söhbətimiz həm bu çempionat, həm də Muay Tayla bağı gələcək planları barədə oldu.
- Budəfəki
yarış sayca Muat Tay üzrə neçənci Azərbaycan çempionatı idi?
- Bu yarış sayca 9-cü Azərbaycan çempionatı
idi. Biz bu idman növündə ilk çempionatı 2009-cu ildə keçirmişik və ondan sonra
hər il də təşkil edirik.
-
Çempionat haqda ümumi olaraq nələr deyə bilərsiz?
- Bu çempionatda 30-dan çox döyüş klubu və
200-dən yuxarı idmançı çıxış edirdi, 3 yaş qrupunda. Bizim ilk çempionatımızda
700-dən çox idmançı iştirak etmişdi. Daha sonrakı çempionatlar birincidən sadəcə
iştirakçı sayına görə aşağı olub. Hər zaman çempionatımız yüksək səviyyədə təşkil
edilib.
İstər təşkilatı, istərsə də idmançıların texnika göstərməsi baxımından bu çempionat əvvəlkiləri üstələdi. Bu da ondan irəli gəlir ki, Muay Tay Azərbaycanda hər sahədə inkişaf etməkdədir.
- Döyüşçülərin döyüşündən razı qaldızmı? Həm
federasiya prezidenti, həm də bir usta olaraq...
- Muay Tay çox çətin döyüş növüdür. Muay Tayçı
yetişdirmək çox uzun zaman alan prosesdir. Buna görə də Muay Tay texnikası göstərənlərin
üstünlük təşkil etdiyini demək olmaz. Amma onların arasında hər çəki dərəcəsində
1-2 idmançı oldu ki, onlar Muay Tay göstərdilər. Onlardan da, onların təmsil
olunduqları klublardan da bu baxımdan razı qaldım.
- Təşkilati
işlərdən söz düşmüşkən, hakimliyin idarəçiliyi sizi qane etdi?
- Yarışın təşkilati işlərini “Best of Bes”
şirkəti öz üzərinə götürmüşdü. Ona
görə bu çempionat təşkilati və görünüş baxımından əvvəlkilərdən müsbət mənada fərqləndi.
Bu səbəbdən də şirkət rəhbərliyinə təşəkkürümü bildirirəm. Onlar bununla bağlı
bizimlə protokol imzalayıblar. Biz də federasiya olaraq Muay Tay üzrə
yarışların keçirilməsində təşkilati işlərin hüququnu onlara vermişik.
Bu yarışdan bir həftə əvvəl baş hakim bir neçə dəfə seminar təşkil edib və hakimlər təlimatlandırılıb. Əsas məqam o idi ki, hakimlərin çoxu bitərəf idi. Yarışlarda hər zaman narazılıq olur. Hətta dünya və avropa çempionatlarında, olimpiya oyunlarında belə. Amma tam səmimi deyirəm ki, bu dəfə hakimlərdən razı qaldım. Çünki onlar da mümkün qədər az səhv etmələri üçün çalışdılar. Bu da ondan irəli gəlir ki, hakimlərimizin çoxu bitərəf idi. Baxmayaraq ki, onlar Muay Tayda yeni və gənc idilər. Amma onlara keçirilən seminarlar öz sözünü dedi.
- Bu
çempionatda gələcək vəd edən Muay Tayçılar gördüzmü?
- Bizim yeniyetmələr arasında yaxşı idmançılarımız var. Eləcə də gənclər arasında. Bizim hətta kişilər arasında elə döyüşçülərimiz var ki, onları lazım olduğu kimi hazırlaşdırsaq, nəinki həvəskar, ən peşəkar səviyyədə belə döyüşə bilərlər. O da, bundan sonra onların necə hazırlaşdırılmasından aslı olacaq. Təbii ki, bunun üçün də şərait lazımdı. Bizim imkanımız olsa bu idmançıları il ərzində bir neçə dəfə beynəlxalq yarışlara göndərərik ki, təcrübələri artsın. Ancaq biz onları yalnız dünya və avropa çempionatlarına göndərə bilirik. Bu da il ərzində 1 və 2 dəfə olur. İdmançı isə bu cür inkişaf edə bilmir. Buna görə də, beynəlxalq arenada bu idmançılardan yüksək nəticələr gözləmək olmaz.
- Başqa
döyüş növlərindən çoxlu idmançı bu yarışda iştirak edirdi. Sizcə bu məqam Muay
Taya xeyirdi, yoxsa zərəri var?
- Mən hər zaman demişəm ki, idmançı mütəxəssis
olmaq üçün mütləq bir idman növündə irəliləməlidir. Başqa döyüş növlərindən gələn
idmançılar bu yarışda Muay Tay göstərə bilmirlər. Çünki onlar Muat Tayın
texniki təməlinə sahib deyillər. Fikir verdizsə, yeniyetmələr arasında necə təmiz
və səliqəli Muay Tay stilində döyüşənlər vardı. Çünki onların təməli Muay Tay
üzərində qurulub. Amma kişilər arasında bunu görmədik. Buna görə də, idmançılar
bir döyüş növündə ixtisaslaşmalıdırlar.
- Muay
Tayçı yetişdirə biləcək məşqçilərimiz də varmı?
- Əlbəttə, var. Biz onları milli komandaya da
dəvət edirik. Hamısı gənc məşqçilərdir. Şəhriyar İsayevi bu il milli komandanın
böyük məşqçisi təyin etmişəm. Məşqçilərin işinə onların idmançılarının göstərdiyi
nəticələrə görə qiymət verirəm. Hansı məşqçilərin idmançıları dünya və avropa
çempionatında nəticə göstərirsə, onları milli komandaya dəvət edirəm. Bunlardan
öndə gedəni Şəhriyar İsayevdir. Daha sonra Fəxri Əliyev də var. O da gənclər və
yeniyetmələr arasında yaxşı idmançılar hazırlayır.
- Muay
Tayla bağlı qarşıda hansı planlar var?
- Bir neçə gün öncə Tailandın Bankok şəhərində
Muay Tayın WMF versiyası üzrə dünya
çempionatı keçirildi. Biz bu yarışda iştirak etdik. Çox sevindirici haldır ki,
çempionatda yeganə iştirakçımız - 63.5 kq çəki dərəcəsində mübarizə aparan
Cabbar Mustafayev keçirdiyi 4 görüşdə qələbə qazanaraq dünya çempionu oldu.
May ayının 2-15 aralığında isə Belarusda İFMA
versiyası üzrə dünya çempionatı keçiriləcək. İFMA Beynəlxalq Olimpiya Komitəsi
tərəfindən rəsmi olaraq tanınıb. Bunun üçün də Muay Tayın bu versiyasına xüsusi
diqqət yetiririk. Bu yarışda yer tutan idmançılar isə dünya oyunlarına vəsiqə
qazanacaq. Maddi imkanlarımız uyğun olsa, o çempionatda da iştirak edəcəyik.
- 2024
olimpiyadasına Muay Tayın daxil ediləcəyi deyilir...
- Belə bir məlumat var, ancaq hələlik dəqiq
deyil. Həm Muay Tay dünya federasiyası, həm də Tailand dövləti bu işə çalışır.
Mən bildiyim qədəriylə, Beynəlxalq Olimpiya Komitəsinin rəhrərliyində də Muay
Taya böyük maraq var. Amma Olimpiya oyunlarına daxil edilməsi üçün müəyyən
qaydalara əməl etmək lazımdır. 5 qitədə Muay Tayın nümayəndəliyi, dopinq komitəsi
olmalıdır. Artıq buna da start verilib. Bundan sonrakı bütün yarışlarda
idmançılar dopinq testdən keçəcək.
Muay Tay 2019-cu il Avropa Oyunlarına daxil
edilib. Bildiyiniz kimi, bu yarış Belarusda keçiriləcək. Belarusiyada da bu
idman növü çox populyardır. Hətta ilk sırada gedən idman növlərindən biridir.
- Bəs Muay
Tay İslam Oyunlarına niyə daxil edilmədi?
- Bunun üçün də bəzi prosedurlara əməl etmək
lazımdır. Amma dünya və Avropa Muay Tay federasiyaları buna soyuq yanaşdılar.
Uşu isə İslam Oyunlarına daxil edilib. Bu da Azərbaycan, və Beynəlxalq Uşu
Federasiyasının, eləcə də Milli Olimpiya Komitəsi və Gənclər İdman Nazirliyinin
birgə əməyi sayəsində olub. Burda əsas məqam isə Uşunun yüksək səviyyədə təqdim
olunması oldu. Bizim ölkə rəhbərliyi də Uşuda qazanlan yüksək nəticələrə görə
buna razılıq verdi. Muay Tayda isə belə deyil. Ancaq ötən il Avropa
yarışlarında yeniyetmə və gənclər arasıda 17 medal qazandıq. Amma kişilər
arasında belə deyil. Ölkəmizdən kənarda yaşayan həmyerlilərimiz var ki, onları
cəlb etməklə yaxşı nəticələr əldə etmək olardı.
- Muay
Tayı ölkəmizdə daha çox tanıtmaq üçün nə etmək lazımdı?
- Muay Tay çox çətin idman növüdür. Burada zədə
almaq ehtimalı daha çoxdu. Düzdü, peşəkarlar arasında bu göstərici azalır. Buna
görə də sosial vəziyyəti yüksək olan ölkələrdə insanlar bu məqama görə, belə
kontaktlı döyüş növlərinə çox da maraq göstərmirlər.
Bundan başqa, federasiyada təşkilati işlər çox
yüksək səviyyədə olmalıdır.
- Qarşıda
hansı Muay Tay yarışı var?
- Yəqin ki, İslam oyunlarından sonra beynəlxalq
yarış keçirəcəyik. Fikrimiz var, yüksək səviyyəli bir yarış olsun. İslam Oyunlarına
kimi isə Uşuya diqqət yetirəcəyik. Çünki hər iki federasiyada rəhbərlik
eynidir.
- Son zamanlar
Azərbaycan Kikboks Federasiyasının Prezidenti Adil Əliyevlə Muay Tay
Federasiyasının yeni tərəfdaşı “Best of Best” şirkəti arasında narazılıqların
olması barədə mətbuatda müəyyən xəbərlər yer alır...
- Bu yarış çox yüksək səviyyədə keçdi. Ancaq təəssüflər olsun ki, bəzi jurnalistlər bu çempionatı doğru işıqlandırmayıblar. Bəlkə də, onlara düzgün məlumat çatdırılmayıb. Bu çempionatın təşkilatçısı Azərbaycan Muay Tay Federasiyası, Gənclər və İdman Nazirliyidir. Sadəcə təşkilatı işdə bizə tərəfdaşımız “Best of Best” şirkəti kömək edirdi. Bu şirkətin rəhbəri isə Azərbaycanda K1 brendinin rəsmi nümayəndəsi Elnur Məmmədovdur. Nədənsə bəzi saytlar Muay Tayı K1 və Kikboqs yarışları ilə qarışdırıblar. Bunları ayırd etmək lazımdır. Muay Tay yarışının Kikboqsvə K1 nümayəndəliyinə heç bir aidiyyatı yoxdur. Bütün media nümayəndələrindən xahiş edərdim ki, belə səhvlərə yol verməsinlər. İstədikləri zaman federasiya ilə əlaqə saxlasınlar. Özləri yazırlar ki "Muay Tay çempionati ve s, amma başqa təşkilatların arasında olan münasibəti qabardırlar. Bizim çempionat haqda minlərlə insan oxuyur. Bu insanlara səhv məlumat çatdırırlar. Bəyan edirəm ki, Muay Tay haqqında bir daha belə əsassız məlumatlar dərc edilərsə, hüquqlarımızı elə hüquq müstəvisində qoruyacağıq və məhkəməyə müraciət edəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |