Dabo: "Çünki mən Fransanın II liqasından birbaşa Avropa Liqasına yollandım"

03.08.2016 | 3386 dəfə oxunub

“Oyunun ilk dəqiqəsindən sona qədər diqqətli olmalıyıq. Oyunumuz həm də  azarkeşlərin stadionda yaradacaqları atmosferdən asılıdı”. 

Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin hücumçusu Baqali Dabo Avropa Liqasının III təsnifat mərhələsinin “Lill”lə cavab oyunu haqda danışarkən deyib.

Fransalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında  bəzi maraqlı məqamlara toxunub:
 
“Qəbələ”dən “İstr”də oynayanda da  təklif almışdım. Ancaq o vaxt Fransada qalmağı düşündüm. Ancaq baş məşqçi Roman Qriqorçuk məni izləməyə davam etdi və yenidən mənə təklif göndərdilər. Bu dəfə təklifi qəbul etdim. Çünki artıq bunun vaxtı idi. Yeni nəsə axtarmaq istəyirdim. Bu, yaxşı seçim idi. Çünki mən Fransanın II liqasından birbaşa Avropa Liqasına yollandım".
 
Bakı haqda da danışan Dabo müsbət fikirlər səsləndirib: “Bakı mənə mini Dubayı xatırladır. Şəhər genişlənməkdədir.  Mən də “Qəbələ”nin digər  oyunçuları kimi  “Qafqaz” otelində qalıram. O, Kreteydəki 54 kv.m-lik evimi əvəz edir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail