Asif Məmmədov: "Rəqibin heyətində heç bir futbolçunu fərqləndirməzdim"
"İnter"in cinah yarımmüdafiəçisi Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- Artıq bazar günü “İnter”i "Rəvan"la səfər görüşü gözləyir. Qarşıdakı oyun və bu oyunda üz-üzə gələcəyiniz rəqib barədə nə deyə bilərdin?
- Oyunun çox çətin olacağını bilirik, ona görə ki, rəqib komanda son oyunlarını çox yaxşı səviyyədə keçirib. Biz də öz növbəmizdə meydana ancaq qələbə üçün çıxacağıq. Bizə mütləq qələbə və növbəti üç xal lazımdır.
- "Rəvan"-"İnter" oyununun süni örtüyə malik "Dalğa Arena" stadionunda keçiriləcəyini bilirik . Səncə bu amil komandanızın xeyrinə ola bilərmi? Digər sözlə, sənin fikirincə, "İnter" orada özünü doğma "Şəfa"da olduğu kimi hiss edəcəkmi?
- İlk baxışda bu meydançaların oxşarlığı nəzərə çarpsa da, əslində bu belə deyil. "Şəfa" və "Dalğa-Arena" stadionlarının sintetik ot örtüyü seçilir. Hər iki meydança arasında fərqlər var.
- "İnter" hər zaman oyundan əvvəl rəqibinin oyununu təhlil edir və onun müsbət və mənfi cəhətlərini öyrənir. Bu dəfə necə, "Rəvan"ın oyununu analiz edə bildinizmi?
- Yox, hələlik təhlil etməmişik, yəqin ki, bunu bugün, ya da ki, sabah edə biləcəyik.
- "Rəvan" klubunun oyunlarını yəqin izləmisən. Bu komandada hansı futbolçu öz oyunuyla seçilir və hansı futbolçuya qarşı bazar günü keçiriləcək qarşılaşmada daha diqqətli oynamaq lazım gələcək?
- Mən rəqibin heyətində heç bir futbolçunu fərqləndirməzdim, çünki bu oyunçuların hamısı yaxşı futbolçudur. Onların yaxşı kollektivi var. "Rəvan" çox maraqlı komandadır. Hazırda "Rəvan" klubunda oynayan futbolçuların çoxu keçən il "Muğan" komandasında çıxış edirdi və elə, o vaxtdan onlar özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar.
- Necə düşünürsən, görüş hansı nəticəylə bitəcək?
- Proqnoz vermək və əvvəlcədən danışmaq istəməzdim. Mən sadəcə yenə təkrar edə bilərəm ki, biz meydana ancaq qələbə üçün çıxacağıq.
- Dünənki məşqdə sən fərdi qaydada çalışırdın. Bunu nəylə əlaqələndirmək olar? Zədəlisən, yoxsa..?
- Bundan bir az əvvəl dabanım bir balaca əzilib, məhz buna görə axırıncı məşqlərdə fərdi qaydada hazırlaşırdım.
- Bu zədə sənin qarşıdakı oyunda meydana çıxmağına mane ola bilər?
- Ağrılar olmasa və məşqçi mənə etimad göstərsə, o zaman meydana çıxaram. Belə baxanda, ağrı olmadığı təqdirdə, mən artıq bugünkü məşqdə ümumi qrupda çalışa bilərəm. İnşallah, vəziyyət yaxşı olacaq və mən oyuna tam hazır olaram.
- Yeri gəlmişkən, gələcək oyun birinci dövrənin son oyunu olacaq. Səncə, çempionatın birinci hissəsini "İnter" üçün uğurlu saymaq olarmı?
- Hələ ki işlərimiz pis getmir. Tam istədiyimiz kimi olmasa belə, ümümi götürdükdə, biz hələki yaxşı nəticə göstərə bilirik. Bu arada dövrənin axırıncı oyunu da bizim üçün çox vacibdir. Biz qələbə qazana bilsək və turnir cədvəlinin yuxarısında yerləşən digər klublar xal itirsə, o zaman vəziyyətimiz daha da yaxşılaşa bilər . Düzdür, çempionatın ilk hissəsi artıq yekunlaşır, lakin unutmaq lazım deyil ki, bizi qabaqda hələ uzun bir marafon gözləyir. İndi biz üçüncü pillədə qərarlaşmışıq, lakin hədəfimiz ancaq çempionluqdur, bu isə ona işarə edir ki, mövqemizi daha da yaxşılaşdırıb irəliləmək lazımdır.
- "İnter" çempionluq hədəfinə çata bilər?
- Əlbətdə, çata bilər. Son oyunlar bizim hədəflərimizin ciddiliyini göstərdi. Demək istərdim ki, çempionat başlamamışdan əvvəl bəzi mütəxəssislər söyləyirdilər ki, "İnter" artıq əvvəlki "İnter" deyil, amma zaman keçdikcə həmin insanlar fikirlərini dəyişib bildirdilər ki, komandamız keçən illərlə müqayisədə bu mövsüm daha yaxşı oyun sərgiləyir. Onların belə danışmağa bizim yaxşı oyunumuz səbəb olub. Fikrimcə, indiki komandamız həqiqətən də ötən mövsümdəki "İnter"lə müqayisədə heç də zəif görünmür və biz hədəflərimizə çata biləcək gücdəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |