Ağabala Ramazanov : "İkinci hissədə toparlana bildik"
"Oyundan öncə baş məşqçi Robert Prosineçki Makedoniya ilə daha öncə 5 dəfə qarşılaşdığımızı, bunların 4-də uduzduğumuzu və cəmi bir matçın heç-heçə bitdiyini dedi. Düzdü, bu görüşlərin heç birində mən iştirak etməmişəm, ancaq motivasiyamız yüksək idi".
Stadium.az-ın məlumatına görə, bu sözləri millimizin hücumçusu Ağabala Ramazanov Makedoniyaya uduzduqları yoxlama görüşündən sonra deyib.
A.Ramazanov komandasının ilk hissədə zəif oynadığını bildirib: "Oyuna yaxşı da hazırlaşmışdıq. Ancaq ilk yarıda çox zəif oynadıq. Səbəbini söyləmək çətindir. Bunu baş məşqçi bilər. Ancaq ikinci hissədə toparlana bildik, qol vurduq. Hətta mənim də qol vurmaq imkanım oldu, amma yararlana bilmədim. Düşünürəm ki, buna təcrübəm çatmadı".
Bakı "İnter"inə keçidi ilə bağlı danışan millimizin üzvü bunları bildirib: "Bir neçə təklif var idi. Ancaq sonda “İnter”i seçdim. Düşünürəm ki, seçimimdə yanılmadım. Çünki bu komandada yerli futbolçulardan ibarət yaxşı kollektiv var. İnanıram ki, bu il çempionluq uğrunda mübarizə aparacağıq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |