Ruslan Aboşov Almaniyada qalası oldu

19.01.2016 | 2837 dəfə oxunub

Ruslan Abışov yanvarın sonunadək Münhendə müalicə olunacaq.

Stadium.Az xəbər verir ki, "Qəbələ" yanvarın 10-da Türkiynin Antalya bölgəsində 2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarına start verib. Belek bölgəsindəki “Gloria Serenity” otelində məskunlaşan “qırmızı-qaralar” hazırlığın ilk günündə birinci məşqinə çıxıb.
Topsuz çalışmalara üstünlük verən futbolçular Roman Qriqorçukun rəhbərliyi ilə trenajor zalında məşq ediblər. Sonrakı günlərdə isə məşqlər gündə 2 dəfə olmaqla açıq meydançada davam etdirilib. Futbolçular, əsasən, toplu çalışmalar və fiziki təmrinlər yerinə yetiriblər.
Belində ağrılar hiss edən Ruslan Abışov müayinə üçün Antalyadan Münhenə yollanıb. Yanvarın 30-na kimi Almaniyada müalicə alacaq futbolçunu gələn ay yaşıl meydanda görmək mümkün olacaq. Komandada başqa zədəli oyunçunun olmaması sevindirici haldır. İkinci dövrənin sonunu zədə üzündən buraxmalı olan əsas qapıçımız Dmitri Bezotosnı da artıq qrup çalışmalarında iştirak edir. Qriqorçukun sərəncamında əvəzedici heyətimizdən 3 futbolçu var. Bunlar müdafiəçi Bəhlul Mustafazadə, yarımmüdafiəçilər Yusif Nəbiyevlə Roman Hüseynovdur.
 “Qəbələ” Antalyada ilk yoxlama oyununu “Osnabryuk”la keçirib.
Matç 1:1 hesabı ilə başa çatıb. "Qəbələ"də qolu Ermin Zets vurub.

“Qəbələ” Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 20-də İsveçrənin “Sürix”, 4 gün sonra isə Ukraynanın “Dnepr” klubu ilə qüvvəsini sınayacaq. (Qəbələ İK)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail