"Qəbələ" Rusiyaya gedir
Komanda “Young Talents Cup 2011”ə yola düşdü
Oktyabrın 13-dən 16-dək Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi beynəlxalq “Young Talents Cup 2011” turniri keçiriləcək. Stadium.az xəbər verir ki, bir çox ölkə təmsilçilərinin iştirak edəcəyi turnirdə Azərbaycandan “Qəbələ” klubunun yeniyetmə futbolçuları da mübarizə aparacaqlar. Turnirdə 11 yaşlı futbolçulardan ibarət komandalar iştirak edir.
Bununla 8-ci dəfədir təşkil olunan yarışa bu dəfə 18 komanda dəvət alıb. Komandalar hər birində 6 kollektiv olmaqla 3 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” “B” qrupunda “Zenit” (Sankt-Peterburq, Rusiya), “Slovan” (Bratislava, Slovakiya), “Kapillan Pollo” (Helsinki, Finlandiya), “Vityaz” (Podolsk, Rusiya) və Yuri Konoplyov adına Futbol Akademiyasını (Tolyatti, Rusiya) təmsil edən komanda yarışacaq.
Oyunlar “Nova Arena” adlı stadionda baş tutacaq. Qrup mərhələsinin oyunları dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar, eləcə də, ən yaxşı nəticə göstərən 2 kollektiv final mərhələsində yarışmaq hüququ əldə edəcək.
“Qəbələ” “Young Talents Cup 2011” turnirində bu heyətlə təmsil olunacaq: Məhəmməd Abbaslı, Ruslan Həsənov, Sərxan Osmanov, Cahid Həsənzadə, Bəşir Aylarov, Rəvan Camalov, Təbriz İsazadə, İzzət Müştaqov, Salman Ələskərov, Nizami Səmədov, Tolqar Yaqubov, Elməddin Sultanov, Vüsal Məsimov, Fikrət Tağıyev.
Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaş, onun müavini Nail Kərimov, habelə məşqçilərdən Rəcəp Yazıçı, Kurt Uğur, Anar Surxayev və həkim Şabaddin Məmmədov da nümayəndə heyətinin tərkibində olacaqlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |