Üç yubiley, iki rekord
Azərbaycan kubokunun 1/8 final mərhələsinin qarşılaşmaları 4 klub üçün əlamətdar olub.
Stadium.az xəbər verir ki, onlardan ikisi yubiley, biri ən böyükhesablı qələbəsini qazanıbsa, digəri hər iki göstəricidə fərqlənib. 1/8 finalda qalib gələn komandalardan 4-ü yubiley qələbəsini qazanıb. “Şəmkir”i 2:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkə kubokunda 75-ci dəfə qalib gəlib. Buna 124-cü matçında nail olan Ağdam təmsilçisi bu yarışda qazanılan qələbə sayında yalnız “Neftçi”dən geri qalır. Bakılıların 83 uğuru var.
“İnter” bu göstəricidə 40-a çatıb. Bakılılar “Turan Tovuz”u səfərdə 3:1 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi buna 67-ci matçında nail olub. “İnter” 40 və daha çox qələbə qazanan 5 komandadan biridir. “Mil-Muğan”ı 7 cavabsız qolla keçən “Qəbələ” isə 20-ci kubok qələbəsini əldə edib. Əyalət klubu 43-cü görüşdə yubiley qeyd edib.
“Neftçi” və “Qəbələ” klub tarixinin kubokdakı ən böyükhesablı qələbəsini qazanıb. Sonuncuların əvvəlki rekordu 2006-cı ildə qeydə alınmışdı. Həmin vaxt Quba “Şahdağ”ını 6:0 hesabı ilə məğlub edən Qəbələlilər “Mil-Muğan”la qarşılaşmada 1 top artıq vurmağa nail olub. 2007-ci ildə Qusar “Şahdağ”ını 7:0 hesabı ilə yenən “Neftçi” “Qaradağ Lökbatan”ı 8 cavabsız qolla keçib. Bu nəticələr məğlub olan komandalar üçün də kubokdakı ən ağır yenilgi olub.
Ümumiyyətlə isə ölkə kubokunun 23 illik tarixində 20-ci dəfə bir komanda 8 və daha çox top fərqi ilə qalib gəlib. “Bakı” hamıdan çox - 4, “Şəfa”yla “Kəpəz” hərəyə 3, “Xəzər Lənkəran”la “Kür” hərəyə 2, “Qarabağ”, “Qarabağ-2”, “Ümid” (Cəlilabad), “Kürmük”, “Simurq” və “Neftçi” 1 dəfə belə qələbə qazanıb. Ölkə kubokunun ən böyük hesabı “Şəfa”nın hesabındadır. 1997-ci ildə HHQ İK, 2003-cü ildə “Lider Qarabağ”la matçların hər ikisində bakılılar 14 cavabsız qol vurub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |