"Qəbələ"də ciddi problemlər: kimlər oynamayacaq?
"Qəbələ"nun əsas komandasında zədə epidemiyası hökm sürür. Bir neçə futbolçu bu səbəbdən hazırlıqdan kənarda qalıb. Onların bəzilərinin Avropa Liqası çərçivəsində PAOK-a qarşı oynayacağı sual altındadı.
Stadium.az xəbərverir ki, əsas komandanın həkimi Roman Jolobaylyuk bidirib ki, ən ciddi problem kapitan Dodo ilə bağlıdı: “Dododa omba nahiyəsində əzələ dartılması olub. Bunu “İnter”lə oyundan sonra aşkar etdik. Kapitanımız həmin matçın son dəqiqələrində zədələnsə də, əsl fədakarlıq edərək sonadək mübarizə apardı. Belə ciddi zədələr zamanı reabilitasiya prosesi təxminən 3 həftə çəkir. Bu üzdən Luisin PAOK-la səfər matçında iştirakı sual altındadır. Onun müalicəsinin dinamikasına baxıb qərar verəcəyik”.
“İnter”lə ev oyununun hələ ilk hissəsində Sergey Zenyovun da əvəzlənməsi futbolçunun zədələnməsi ilə bağlı olub. Jolobaylyuk hücumçunun Estoniya milli komandasının düşərgəsində tam müayinədən keçdiyini söyləyib: “Zenyovun da omba nahiyəsində əzələsi dartılıb. Ona da 2-3 həftə vaxt lazımdı. Estoniya yığmasının həkimləriylə söhbətdən sonra belə qərara alınıb ki, millinin oyunları zamanı düşərgədə qalsın. Təlim-məşq toplanışı bitən kimi isə komandamıza qayıdıb. Estoniyalı həkimlərin başladığı müalicəni Qəbələdə davam etdiririk. Sergeyin Yunanıstandakı matçadək sıraya dönəcəyinə ümid edirik”.
Zenyov kimi Ermin Zets də zədə üzündən milli komandasına kömək edə bilməyib. Həm də estonlar yoldaşlıq görüşü keçirirdisə, Zetsin üzvü olduğu Bosniya və Herseqovina millisini daha məsul sınaq - İrlandiya yığmasıyla "pley-off" matçları gözləyirdi. Zets həmin müddətdə Xorvatiyanın paytaxtı Zaqrebdə olub: "Erminin onurğa sütununda ağılar var. Prinsipcə, bu, geniş yayılmış zədədi. Belə qərara aldıq ki, Zetsi bu cür zədələr üzrə ixtisaslaşmış klinikası olan Zaqrebə yollayaq. Futbolçumuz orada 10 günlük müalicə kursu keçərək, noyabrın 16-da düşərgəmizə qayıdıb. Zaqrebdəki həkimlər bizə bildirdilər ki, Zetsin müalicəsinin dinamikası müsbətdi və onun tezliklə yaşıl meydana qayıdışı üçün lazım olan hər şeyi ediblər”.
Ruslan Abışov isə milliyə dəvət alsa da, zədə üzündən Moldova yığmasıyla yoldaşlıq görüşü ərəfəsində heyətdən çıxarılıb. Azərbaycan yığmasının müdafiəçisi arxa diz bağlarıyla bağlı xroniki problem üzündən millinin heyətindən kənarda qalıb: “Ruslanla söhbətdə məlum oldu ki, zədə onu müəyyən müddətdir narahat edir. Bu, hava dəyişkənliyi, təbii otdan süni örtüklü meydançaya keçid zamanı özünü daha qabarıq büruzə verir. Abışov fasilə müddətində müalicə olunub və vəziyyəti qaydasındadı”.
Qəbələdəki ardıcıl oyunlar zamanı daha bir legioner - ukraynalı Dmitri Bezotosnı da sıradan çıxıb. Jolobaylyukla söhbətdə “Qəbələ”nin əsas qapıçısının vəziyyətinin yaxşılığa doğru dəyişdiyi məlum olub: “Bezotosnı yaxşı müalicə kursu keçib. Hazırda bərpa prosesi mərhələsindədi. Ümid edirik ki, PAOK-la oyunadək Dmitri də tam döyüşkən vəziyyətdə olacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |