"İtirdiyimiz xalların əvəzini növbəti oyunlarda çıxacağıq”
"Komandamızın dövrəni 1-ci yerdə bitirməsi, əlbəttə, çox yaxşıdır. Ancaq eyni zamanda lazımsız xal itkilərinə də yol verməməliyik. II dövrə yenicə başlayıb. Əsas mübarizə hələ qabaqdadır. İtirdiyimiz xalların əvəzini növbəti oyunlarda çıxacağıq”.
Stadium.az xəbər verir ki, bu sözləri komandanın ilk dövrədəki çıxışını dəyərləndirən "Qəbələ"nin 20 yaşlı yarımmüdafiəçi Elvin Camalov klub qəzetinə açıqlamasında deyib.
Elvin son matçlarda xal itkisini oyun qrafikinin sıxlığı ilə əlaqələndirir. Lakin komandanın çətinliklərin öhdəsindən gələcəyinə inanır: "Hazırda iki cəbhədə - həm çempionatda, həm də Avropa Liqasının qrup mərhələsində mübarizə aparırıq. Mən gəncəm və çox oynamaqdan şikayət etmirəm. Sadəcə, ağır oyunlardan sonra həm fiziki, həm də psixoloji baxımdan bir qədər yorğunluq olur. Çempionat oyunları da asan keçmir. Qələbə qazanmaq, xal ehtiyatını artırmaq üçün hər matçda var qüvvəmizlə oynayırıq. Çətinliyin öhdəsindən yalnız özümüz gəlməliyik. Avropada həftədə 2 oyun keçirirlər. Sıx qrafik biz futbolçular üçün də faydalıdır. Biz böyük məqsədlər üçün mübarizə aparırıq. "Qəbələ”nin əsas məqsədi bu mövsüm çempion olmaqdır. İnanıram ki, bu vəzifənin öhdəsindən gələcəyik”.
İlk dövrənin bütün oyunlarını əvəzolunmadan keçirən Elvin, əsas heyət üzvü olmağın məsuliyyətini dərk edir: "Əsas heyətdə olmaq böyük məsuliyyətdir və meydançaya çıxmağa həmişə hazır olmağı tələb edir. İlk növbədə etdiyim səhvlər üzərində işləyib, növbəti maçtda təkrarlamamağa çalışıram. İstəyirəm ki, baş məşqçimiz mənə həmişə inansın və mən də onun etimadını doğruldum. 21 yaş limitinə uyğun gələn futbolçu olduğumu bir an belə unutmuram və sarı vərəqə almamağa, cəzalı duruma düşməməyə çalışıram”.
Gənc futbolçunun növbəti hədəfi Avropa Liqasının qrup mərhələsində debüt etməkdir: "Qrup mərhələsi matçlarında meydanda olmaq üçün çox hazırlıqlı olmalıyam. Çox istərdim qrup mərhələsi oyunlarında meydançaya çıxım. Ancaq bilirəm ki, hər şeyin öz zamanı var. İnanıram ki, Roman Qriqorçuk qrup mərhələsində də mənə şans verəcək. Bu, mənə daha yaxşı hazırlaşmağa motivasiya verir".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |