Şahin Diniyev: "Əsas heyətdən başqa “18-liy”i də müəyyənləşdirdim"

05.08.2015 | 3238 dəfə oxunub

“Həftəlik ritmə oturmaq istəyirik. Ona görə bu oyun vacib idi. Çempionatda həftədə bir matç keçirəcəyik və buna uyğunlaşmalıyıq”. 

Stadium.az xəbər verir ki,  bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə açıqlamasında deyib. 

Başçılıq etdiyi komandanın “Neftçala” ilə yoxlama oyunu haqda danışan təcrübəli mütəxəssis rəqibi tərifləyib: “I Divizionda mübarizə aparan Neftçala təmsilçisindən yoxlama oyunu keçirmək üçün xahiş etdik, sag olsunlar ki, etiraz etmədilər. Yaxşı görüş oldu. “Neftçala” layiqli rəqib idi. Premyer Liqada oynaya biləcək komandalardandır”. 

Aşağı liqa klubu ilə oyun “Kəpəz”in çempionat öncəsi hazırlıq dönəmində son sınaq matçı olub. Bu mənada Diniyevin komandası üçün qarşılaşma xüsusi əhəmiyyət daşıyıb: “Meydanda hər hissədə bir heyətə şans verdim. Əsas heyətdən başqa “18-liy”i də müəyyənləşdirdim. Sonuncu sınaq matçı kimi bu oyun bizə çox lazım idi. Səhvlər üzərində işləyəcəyik, çatışmazlıqları minimuma endirməyə çalışacağıq. Oyunumuzdakı yaxşı şeyləri artırmağa səy göstərməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail