"Qəbələ"nin yeni üzvü: "Oyun planında daha da təkmilləşmək mümkündür"

25.06.2015 | 4290 dəfə oxunub

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyununda “İnter”lə qarşılaşıb. 

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşün taleyini Aleksey Antonovun qolu həll edib. Klubun yeni transferi matçdan sonra fikirlərini açıqlayıb: 

“Qəbələ”nin heyətində keçirdiyim ilk oyun məndə yaxşı təəssürat yaratdı. Daha yaxşı oynamaq olar. Oyun planında daha da təkmilləşmək mümkündür. Heç bir problem nəzərə çarpmır. Yeni komandama uyğunlaşmağım da qaydasındadır. Düşünürəm ki, bununla bağlı çətinlik olmayacaq. “Qəbələ” ilə 2 gün məşq etmişəm, 3-cü gündür burdayam. Hər şey yaxşı olacaq. Sadəcə zaman lazımdır”.

Antonov Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Tiflis “Dinamo”su ilə 1 il əvvəl də qarşılaşıb. O, Qazaxıstan “Aktobe”sinin heyətində Çempionlar Liqasında üz-üzə gəldiyi rəqib haqda da fikirlərini bildirib: “Aktobe”də oynadığım vaxt Tiflis “Dinamo”su ilə qarşılaşmışıq. Bu matçlar Çempionlar Liqasının təsnifat mərhələsinə təsadüf etmişdi. Hər iki görüşdə qalib gəlsək də, “Dinamo” yaxşı komandadır. Gürcüstan təmsilçisi adı və ənənəsi olan ciddi klubdur. Bildiyimə görə, bir il əvvəlki ilə müqayisədə heyətin təxminən yarısı dəyişib. “Aktobe”nin “Dinamo”nu hansı keyfiyyətlərin sayəsində üstələdiyi haqda danışmaq yersizdir. Bu, bir il əvvəl olub. Hər şey dəyişib. “Aktobe” ayrı komandadır, “Qəbələ” ayrı komanda. Biz öz oyunumuza görə cavabdehik, öz oyunumuza görə danışmalıyıq. Bunu necə bacaracağımızı isə zaman göstərəcək. Heç vaxt qabaqcadan danışmıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail