"Neftçi"də şok olay. Legioner futbolçu yerlini kəlləylə vurub yerə sərdi - ÖZƏL

12.06.2015 | 9873 dəfə oxunub

Qəbələdə keçirilən ölkə kubokunun finalında “Qarabağ”a 3:1 hesabıyla uduzan “Neftçi”nin düşərgəsində elə bu matçda şok olaylar yaşanıb. Stadium.az-a daxil olan məlumata görə, fasiləyə 2 cavabsız qolla üstün yollanan “Neftçi”li futbolçular arasında gərginlik yaşanıb. Belə ki, komanda üzvləri fasilədə gərgin olublar. Elə bu məqamda komandanın braziliyalı müdafiəçisi Karlos Kardoso Məqsəd İsyaevi təhqir edib. Bunu görən komandanın digər Üzvü Araz Abdullayev isə Kardosoya belə hərəkət etməməsini deyib. Arazın etirazına kəskin reaksiya verən Karlos Arazın yanına gələrək onu başla vurub. Kardosonun kəllə zərbəsinə ayaqda dayana bilməyən Abdullayev arxası üstə yerə sərilib. Maraqlıdır ki, Kardosonun Arazı vurub yerə yıxmasına komanda üzvlərindən, rəhbərlikdən və məşqçilər korpusundan heç kim reaksiya verməyib. Məhz bundan sonra özünə gələ bilməyən Araz ikinci hissədə də meyana moralsız çıxıb. İlk hissədə olduqca yaxşı oyun sərgiləyən Araz ikinci hissədə heç cür özünə gələ bilmədi. Məhz Karlosun onu vurmasından sonra Araz oyununu itirdi. Buna görə də komandanın baş məşqçisi Arif Əsəsdov Araz Abdullayevi oyunun 72-ci dəqiqəsində  Ernest Nforla əvəzlədi. Ən maraqlısı isə Kardosonun Arazı vurmasına klubda heç kim reaksiya verməyib. Heç nə olmayıbmış kimi!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail