Qriqorçuk: "Bu, mənim üçün prinsipial məsələ deyil"
“Qəbələ”nin baş məçqçisi Roman Qriqorçuk klub qəzetinə açıqlamasında Azərbaycan kubokunda qarşıdakı debütü ilə bağlı fikirərini açıqlayıb. Stadium.Az xəbər verir ki, o, məşqçilik karyerasında kubokda qalib, finalçı olmaqla müəyyən təcrübə qazandığını bildirib:
“Əlbəttə, Azərbaycanda da ölkə kubokunu qazanmağı çox istəyirəm. Hesab edirəm ki, bu, “Qəbələ” üçün də böyük nailiyyət olacaq. Məqsədə çatmaq üçün bütün gücümüzü qoyacağıq. İş elə gətirib ki, 4 gün ərzində 2 çətin oyuna - əvvəlcə çempionatda lider “Qarabağ”la, sonra kubokda “Simurq”la matça çıxmalı oluruq. Qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoyulubsa, komanda sıx qrafi kdə oynamağa hazır olmalıdır. Oyunçular da bu qrafikə öyrəşirsə, bunu tam futbol həyatı adlandırmaq olar. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bizi çətin və maraqlı mübarizə gözləyir".
Baş məşqçi çempionatla kuboku belə müqayisə edib: “Söhbət nəticə qazanmaqdan gedirsə, kubok da tituldur. Çempionatdan fərqli olaraq, avrokuboklara vəsiqəni bu yarışda daha tez qazanmaq mümkündür. Bunu yaxşı başa düşürük. Ancaq rəqiblərimiz də belə düşünürlər. Kubokda mübarizə aparan iddialı komandalar da qarşısına qalib olmaq məqsədi qoyur. İndiəsas vəzifə növbəti rəqibi keçib, yarımfinala çıxmaqdır”.
Ukraynalı mütəxəssis 1/4 finalda "Simurq"la oyunların gərgin olacağına əmindir: "Simurq" bir sıra komponentlərdə müəyyən potensiala malikdir. Praktika göstərir ki, kubokda oyunadək favorit haqda danışmırlar. Çünki bu turnirin özəllikləri var. Məncə, bütün komandaların şansları bərabərdir. Ola bilər ki, ilk oyunu səfərdə keçirmək psixoloji baxımdan bir az asandır və cavab matçını evdə keçirmək işi nisbətən asanlaşdırır. Ancaq ilk oyunu evdə, yoxsa səfərdə keçirmək, mənim üçün prinsipial məsələ deyil. Çünki istənilən halda 2 fərqli məkanda oynayacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |