Xəyal Zeynalov: “Biz ümidlə AFFA-nın cavabını gözləyirik” - MÜSAHİBƏ
Gəncədə futbolun ölməməsinə çalışan ən fəal
insanlardan biri də “Kəpəz”in veteran qapıçısı Xəyal Zeynalovdur. Belə ki,
Zeynalov ele keçmiş komanda yoldaşı Tariyel Hüseynovla Gəncədə “Gənc Qapıçılar”
klubu yaradaraq, orada bu peşənin sirlərini cavan və yeniyetmələrə aşılayırlar.
Elə həmsöhbətimizdə Xəyal Zeynalov oldu:
-Əvvəlcə məlumat verin, Gəncə futbolu niyə bu
gündədir?
-Gəncə
futbolu niyə bu gündədir bilmirəm. Amma onu bilirəm ki, Gəncə də futbol olmasa
Azərbaycan futbolunda rəqabətdən söhbət gedə bilməz. Gəncə Azərbaycanın futbol
məktəbidir. Ölkə futboluna nə qədər oyunçu bəxş edib. Ümid edirəm ki, yaxın illərdə
hər şey yaxşı olacaq.
-İmkanlı şəxslər
niyə Gəncə futboluna isti münasibət bəsləmirlər, səbəb nədədir?
Axı Gəncədə kifayət qədər pullu insanlar var...
-Bu dəqiqə
Azərbaycanın hər yerində möhtəşəm stadionlar tikilib, istifadəyə verilir. Təəssüflər
olsun, Gəncədə belə bir meydança yoxdur. Gəncə şəhər stadionu acınacaqlı gündədir.
Əlbəttə ki, imkanlı şəxslər diqqət ayırsalar hər şey qaydasına düşər. Amma
bilmirəm niyə Gəncə futbolu üçün heç nə etmək istəmirlər. Gəncə futbol şəhəridir.
Azərkeşlər gözləyirlər ki, futbola diqqət nə vaxt olacaq.
-Tarıyel
Hüseynovla birlikdə "Gənc Qapıçılar Klubu" adlı məktəb açmısınız. İşlər
necə gedir?
-Tərifləmək
olmasın, 55 illik Gəncə futbolu tarixində qapıçı məktəbi olmayıb. Tarıyel
Hüseynovla fikirləşdik ki, belə bir məktəb yaradaq. Biz istəmirik çəkdiyimiz əziyyəti,
çətinliyi uşaqlar da görsün. Uğurla bu işi aparırıq. Sadəcə Gəncədə futbola
diqqətin aşağı olması maddi baxımdan bir az çətinlik yaradır. Bu, çox yaxşı layihədir. Nəinki Gəncədə, eləcə də Azərbaycanda ilkdir. AFFA
bu layihə ilə çox işlər görə bilər.
-Bu məktəbdən
Azərbaycan futboluna xeyir verəcək gənclər görürsünüzmü?
-Əlbəttə,
buna inanırıq. Onların içində perspektivli uşaqlar var. Şəraitsizliyə,
imkansızlığa baxmayaraq uşaqlarda böyük həvəs var. Bu da bizim üstün cəhətimizdir.
Meydançanın vəziyyəti yaxşı olmasa da, uşaqlar məşqə yüksək əhval-ruhiyyə ilə
gəlirlər. Onlar da istəyir hansısa kluba keçsinlər. Təəssüflər olsun ki, Gəncədə
iki yaş qrupumuz var və orada da iki qapıçımız dayanır. Qalan bütün uşaqların
hamısı klubsuzdur. Uşaqların itib-batmaması üçün klublarla danışıqlar aparırıq.
Biz məşqimizi keçirik, ancaq gərək onlar qapıda dayansınlar, formada olsunlar.
Qapıçı gərək özünü komandada hiss etsin. Bu baxımdan çətinliyimiz var. Qalan
bütün çətinliklərə sinə gəlib, davam edirik.
-Dərslər ödənişlidir
yoxsa təmənnasız keçirsiniz?
-Xeyr, heç
bir bir ödəniş olmadan bu işi görürük. Uşaqlardan
pul alsaq, günah olar. Maddi baxımdan əziyyət çəksəkdə, biz heç vaxt uşaqlardan
pul almarıq. Biz bildiyimiz işi görürük.
-AFFA-ya müraciət etmisiniz?
-AFFA-ya məktub yazmışıq. Gəldilər, baxdılar. Gördülər
ki, vəziyyət nə yerdədir. Biz ümidlə onların cavabını gözləyirik. AFFA inanırıq
ki, bizə himayədarlıq edəcək. Yəqin ki, ümidimiz puç olmayacaq.
-AFFA sizin bu işi qiymətləndirirmi?
-Ümid edirik ki, qiymətləndirəcək. Keçən həftə uşaq
futbolu ilə əlaqədar ispaniyalı mütəxəssis, Faiq Əzizov və Ramiz Kərimov gəlmişdilər.
İşimizlə maraqlandılar.
-Hal-hazırda Azərbaycanın ən güclü qapıçısı kimdir?
- Gəlin, etiraf edək ki, hal-hazırda Səlahət Ağayev
bir nömrədir.
-Bəs, Kamran Ağayev....
-Kamran Ağayev əvvəlki formasından uzaqdır. Uzun illər
onunla rəqabət aparacaq bir qapıçı olmadığına görə Kamranda eniş oldu.
-Emil Balayevin "Aytraxta" keçidi sizin üçün
gözlənilən idi?
-Əlbəttə ki, gözlənilən idi. Uğurlar arzulayıram, fəxrimizdir.
20 yaşda legioner həyatı yaşamaq çətindir. İnanıram ki, Emil özünü
"Ayntraxt"da yaxşı tərəfdən göstərə biləcək. Onda qapıçı üçün nə
lazımdırsa var. (Goal.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |