Liderin "Neftçi" sınağı, "Bayıl Arena"da əyalət dueli
Sabah
Topaz Premyer Liqasında XV tura start veriləcək. Stadium.Az xəbər verir
ki,turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək. 4 görüşün baş tutacağı
turda “Bakı” istirahət edəcək.
XV tur mərkəzi
oyunla başlayacaq. Lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”ni
sınağa çəkəcək. Qurban Qurbanovun komandası doğma meydan amilindən istifadə edərək,
zirvədəki yerini bir qədər də möhkəmləndirməyə çalışacaq. “Ağ-qaralar” isə “Qarabağ”la
5 xallıq fərqi azaltmaq niyyətindədilər. “Neftçi” səfərdə qalib gəlməklə, həm də
3 turluq qələbəsizlik seriyasına da son qoya bilər.
Günün
ikinci görüşü Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi “Simurq”la
münasibətlərinə aydınlıq gətirəcək. “Gənclik şəhəri” təmsilçisi evdəki oyunda
bir müddətdi davam edən uğursuzluq sindromunu qırmağa çalışacaq. “Simurq”un əsas
hədəfi isə iki tur öncə “Qəbələ” ilə səfər oyunundakı uğuru təkrarlamaqdı.
Hazırda 17 xalla 4-cü pillədə olan Zaqatala təmsilçisini “İnter”dən cəmi 4 xal
ayırır.
Turun
digər maraqlı oyunu “Bayıl Arena”da keçiriləcək. “Xəzər Lənkəran” “Qəbələ”ni məhz
bu arenada qəbul edəcək. Ötən tur istirahət edən cənublular qələbə qazanmaqla həm
“Simurq”u geridə qoymağa, həm də ən yaxın izləyicisi “Qəbələ” ilə xal fərqini
artırmağa çalışacaq. Sözsüz ki, Dorinel Muntyanunun komandası da paytaxta
iddiasız gəlməyib. Əyalət təmsilçisi çətin səfərdən ən azı 1 xalla qayıtmağa
ümid edəcək.
Tura elə
paytaxtda yekun vurulacaq. Günün son qarşılaşmasında “İnter” və AZAL klubları
üz-üzə gələcəklər. “Şəfa”dakı oyuna hər iki tərəf eyni məqsəd üçün çıxacaq. Liderlər
qrupundan uzaq düşmək istəməyən “bankirlər”i ancaq qələbə qane edəcək. Elə
qonaqlara da 3 xal hava-su kimi lazımdı. “Təyyarəçilər” aşağı pillələrdən
uzaqlaşmaq üçün mütləq “İnter”dən xal və ya xallar qoparmalıdı. Hazırkı məqamda
bank klubu favorit hesab olunsa da, Tərlan Əhmadovun komandası sürpriz etmək
iqtidarındadı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |