Arif Əsədov: “İki fərqli hissə izlədik”

29.11.2014 | 3682 dəfə oxunub

Premyer Liqanın XIV turunda “Neftçi” “Qəbələ”ni qəbul edib. Stadium.Az xəbər verir ki, hər iki tərəfin cəhdlərinə baxmayaraq, hesab açılmayıb.

Görüşdən sonra "flaqman"ın baş məşqçisi Arif Əsədov matçla fikirlərini bölüşüb: “Heyətdə müəyyən problemlər var idi. Bizim 3 futbolçumuz cəzalı durumdaydı. Buna baxmayaraq, oyuna qələbə üçün çıxmışdıq. İki fərqli hissə izlədik. Əgər ilk hissədə komanda öz oyununu sərgiləyə bilmədisə, ikinci hissədə daha aqressiv təsir bağışladı. Qarşıda oyunlar var. Biz növbəti oyunlarda xallar toplamağa çalışacağıq.  

Razıyam ki, ilk hissədə aqressiv oynamadıq. Düşünürəm ki, fasilədən sonra komandada müəyyən problemlər meydana gəlib. Oyunlarda eyni heyətə şans verə bilmirik. Çünki bizdə heyətlə bağlı müəyyən problemlər var. Kollektivdə nizam-intizam vacibdir. Əgər Araz, Elvin kimi futbolçular irəli getmək istəyirlərsə, nizam-intizamlı olmalıdırlar. Hesab edirəm ki, bundan öncə verilən qərarlar həmin futbolçular üçün yararlı oldu”.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail