“Bakı-2015”in BMT Baş Məclisində tədbiri oldu - FOTOLAR
Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov BMT Baş Məclisində “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib. Stadium.Az xəbər verir ki, çıxışında “Bakı-2015” ilk Avropa Oyunları barədə danışan A.Rəhimov deyib ki, 17 gün ərzində davam edəcək mötəbər tədbirdə Avropadan olan 6 mindən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaq. Avropa Oyunlarına hazırlaşmaq üçün iki ildən bir az çox vaxtın qalmasına baxmayaraq, Azərbaycan bu ilk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir. Nazir “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən danışıb, Oyunların keçirilməsi üçün tikilən yeni idman obyektləri barədə məlumat verib. Rəhimov deyib: “Orta yaşı 30,1 olan ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40 faizi 24 yaşın altındadır. Biz xalqımızı gözəl idman infrastrukturu ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik. Təkcə son 10 il ərzində ölkə ərazisində dünya standartlarına cavab verən 50-dən çox idman obyekti inşa etmişik. Vətəndaşlarımız üçün tamamilə ödənişsiz olan bu infrastruktur əhalimizin idman obyektlərindən daha geniş istifadəsini təmin edir". Sonra Baş Məclisin qərargahında “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş rəsmi qəbul təşkil edilib. Qəbulda A.Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan və Azərbaycanın dünya idmanına verdiyi töhfələrdən danışıb: “Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanıb”. Azad Rəhimovun BMT-nin 69-cu Baş Məclisin prezidenti Sam Kutesa ilə görüşündə oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyəti müzakirə olunub. Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq. “Bakı 2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının öz ölkələrini təmsil edəcək. Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək. |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |