RenaT Sultanov: "Düzünü desəm, qələbə qazanacağımıza inam azalmışdı"
Premyer Liqanın ilk turunda qələbə qazananlardan biri də "Kəpəz" oldu. Evdə "Rəvan"a 3:2 hesabı ilə qalib gələn gəncəlilər bu həftə "Turan" səfərinə yollancaq. Stadium.az saytı xəbər verir ki, "Rəvan"la görüşdə "Kəpəz"in müdafiəsini qoruyan Renat Sultanov matç barədə fikirlərini bildirib: "Oyun gözlədiyimiz kimi keçmədi. Buna da səbəb güclü yağış yağması, meydançanın yaş olması idi. Bütün bu səbəbərə görə matç o qədər də baxımlı alınmadı.
Görüşün gedişində hesabda iki dəfə geriyə düşdük. Son dəqiqələrə məğlub girirdik. Düzünü desəm, qələbə qazanacağımıza inam azalmışdı. Ancaq yenə də istək var idi və bu istək öz sözünü dedi. Hesab 2- 2 olanda isə qalib gələcəyimizə əmin idim. Çünki həmin gün bəxt bizim tərəfdə idi.
"Rəvan" da çox yaxşı komandadır. Heyəti komplektləşdirilib. Məncə hələ çox komandalara başağrısı olacaqlar".
Növbəti tur səfərdə "Turan"la qarşılaşacaq "Kəpəz" bu oyundan da üç xalla ayrılmaq niyyətindədir. Sultanov, həftəsonu baş tutacaq qərb derbisi haqda bunları söylədi: "Qarşımızdaki rəqibdən asılı olmayaraq biz hər oyuna qələbə üçün çıxırıq. Qərb derbisinə də qələbə ardınca yollanırıq. Onu da qeyd etmək lazımdır ki, "Turan" öz yerində çox yaxşı çıxış edir. İnşalllah səfərdən gülərüz qayıdarıq. Buna çox inanmaq istəyiram. Meydança yaxşı vəziyyətdə olarsa, qərb derbisi daha baxımlı alınacaq".
Sonda isə Renat, yer aldığı müdafiə xəttindən də danışdı: "Təbii ki, müdafiə xəttində səhvlərimiz yoxdur da deyə bilmərəm. Ancaq pis təsir bağışlamırıq. Bu mövqedəkilər təcrübəli futbolçulardır. İnşallah qarşıdaki oyunlarda problemlər də aradan qalxacaq. Müdafiə xəttimiz ən etibarlı müdafiəçilərdən qurulub. Çempionatın gedişati bunu göstərəcək".
premyerliqa.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |